Şrift:
Son iki gündə bir hissəsi qazi və şəhid ailəsi olan daha 120 şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb
17.08.2022 [06:49] - Gündəm, Sosial
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən son iki gündə özünüməşğulluq proqramı çərçivəsində Bakı şəhəri, Abşeron və Xızı rayonları üzrə daha 120 şəxsə aktivlər verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, verilmiş avadanlıqlar hesabına onlar seçdikləri biznes istiqamətləri üzrə kiçik təsərrüfat və müəssisələrini yaradıblar. Aktivlərlə təmin olunanlardan mühüm bir hissəsi qazi və şəhid ailələridir.

Ümumilikdə bu ilin ötən dövründə mindən çox şəhid ailəsi və qazi üçün özünüməşğulluq proqramı üzrə mal və materiallar verilməklə onlar üçün kiçik təsərrüfatlar qurulub
Bu xəbər oxucular tərəfindən 1495 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed