Şrift:
1700-cü ildə indiki Ermənistanda cəmi 23 nəfər erməni olub.
14.01.2013 [15:10] - DAVAMın yazıları
Təbriz SƏMƏDBƏYLİ

2.1.Erməni məsələsinin iki dövlətin əlaqələrinə təsiri, türklərin qətliamı və terror təşkilatlarının siyasiləşmə taktikası

İstər Türkiyə, istərsə də Azərbaycanın xarici siyasətində onları ən çox maraqlandıran prinsiplərdən biri regional qarşılıqlı əməkdaşlığı regionda sülhün və sabitliyin qorunub saxlanması üçün mühüm amil hesab etmələridir. Hər iki dövlət revizionizmə qarşıdır, konformist xarici siyasət strategiyası izləyir.
Belə ki, Heydər Əliyev ölkənin xarici siyasətini səciyyələndirərək qeyd etmişdir: “Bizim xarici siyasətimiz sülhsevər siyasətdir, biz hər hansı bir dövlətin suverenliyinə, ərazi bütövlüyünə toxunmaq məqsədi güdmürük” [27]. Lakin eyni zamanda respublikamızın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü nəyin bahasına olursa olsun xarici siyasət vasitələri ilə təmin etməyə çalışacağıq [17, 207-208]. M.K.Atatürkün “Dünyada Sülh, Cahanda Sülh” [55; 121] deməsi də yuxarıda söylədiklərimizi sübut edir. Ancaq ermənilər tarix boyu bu sülhsevər siyasətin əksinə getmiş, regionun inkişafında türk dünyası üçün ən böyük əngələ çevrilmişlər. Xruşşovun Ermənistan gəmisi ilə Misirə səfəri zamanı türkləri qətl edən III Makariosa uğurlar diləməsi [38, 11], stalinizmin Qərbi azərbaycanlıları doğma yurdlarından məcburi köçə vadar etməsi, Qorbaçovun ermənipərəst siyasətinin təməlində duran səbəb odur ki, bunların hamısının məsləhətçiləri və istiqamətləndiriciləri ermənilər olmuşdur. Dünya terrorizmə qarşı olduğu halda, bundan da ən çox əziyyəti çəkən Azərbaycan və Türkiyə olmuşdur. Erməni cəmiyyətinin sosial quruluşunun təməli terrora əsaslanır. Dünyada kilsəni terror təbliğatı üçün vasitəyə çevirən yeganə millətdir. Əgər belə olmasaydi, o zaman Andranik və Zori Balayan kimi minlərlə azərbaycanlının qatilini milli qəhrəmana çevirməzdilər.
Ermənilərin başqa millətlərə münasibətini göstərən ən açıq fakt odur ki, hazırda Ermənistanda ermənilərdən başqa heç bir millətin nümayəndəsi yaşamır [21, 149]. Gürcüstana qarşı torpaq iddiaları da bu ədəbiyyatı oxuyanda öz əksini tapır. Ancaq ermənilər dünyanı aldada bilməkdə dünyanın ən mahir millətidir. Ona görə də Türk Dünyasının ortaq problemi kimi erməni məsələsini ortaya qoymaq gələcək nəsillər üçün faydalıdır.
Tarixdə Ermənilərin “Böyük Ermənistan” qurma planları müxtəlif partiya və onlarla terror təşkilatlarının fəaliyyəti proqramlarında başlıca məqsədi təşkil etmişdir.


Bu plan günümüzdə də davam edir və Türk Dünyasının ortaq problemi kimi bu partiya və təşkilatlar zəncir kimi bir-birinə keçmiş və əlaqəli şəkildə fəaliyyət göstərmişlər. Xüsusilə də dinc əhalinin qətlini həyata keçirən bu təşkilatlar daha sonrakı tarixlərdə isə beynəlxalq səviyyədə təşkilatlanaraq, dövlət bürokratlarını (türk diplomatlarının öldürülməsi) öldürərək, bu yolla “səslərini dünyaya çatdırmaq” istəmişlər [188; 189].
Erməni terrorunun kökünü araşdırdığımız zaman partiya və kilsələrin iç-içə keçmiş şəkildə işlədiyi və birlikdə hərəkət etdiklərini görmək mümkündür.
Dikran H.Boyajiyanın ifadəsi ilə desək, “Erməni kilsəsi ilə erməni milləti o qədər iç-içədir ki, birisi olmadan digərini düşünmək imkansızdır” [118, 71].
Mövzuya tarixi mərhələlər baxımından yanaşdıqda, erməni terrorunun 3 mərhələdən ibarət olduğunu müşahidə edirik:
1) Terror vasitəsi ilə erməni topluluqlarını ələ keçirmək və bu vasitə ilə erməniliyi davam etdirmək.
2) Erməni olmayan ictimaiyyət və mətbuat vasitələrinə “güc” və “tərəflərini” qəbul etdirməklə maraq yaratmaqdır.
3) Siyasi proseslər və beynəlxalq mənfəət qruplarına türklər haqqında istifadə edə biləcəkləri “düşmənçilik mənbələrini hazırlamaqdır” [71, 93].
Bu mərhələdə erməni terroru təşkilatlanmış bir mahiyyətə malikdir.
Erməni terror təşkilatları və fəaliyyətləri günümüzədək böyük dövlətlər tərəfindən alət kimi istifadə olunmuşdur. Biz bunu erməni komitələrinin təşkilatlanması və fəaliyyətləri başlıqlı mövzudan da görə bilərik. Burada mövzu geniş olduğu üçün, komitələr və fəaliyyətləri ilə əlaqədar qısa yazmağımız daha məqsədəuyğundur. Bu komitələr içərisində müxtəlif təşkilatlar mövcuddur. Hınçaq, Daşnaksutyun*, Fedai Hərəkatı, Nemses qrupu, Ramqavar, ASALA təşkilatları və s.


Hınçaq təşkilatlarının qurucuları Osmanlı İmperatorluğuna ayaq basmamışlar və təhsil üçün Parisə göndərilən varlı olan ermənilər tərəfindən Azateis Nazarbekyan və həyat yoldaşı Vardanyan ilə eyni məqsədlə Fransada olan dörd nəfər dostları ilə birlikdə 1887-ci ildə İsveçrədə “Karl Marksın prinsipləri rəhbər tutularaq” qurulmuşdur [118, 720]. Araşdırmalar zamanı, aradan illər keçdikcə, bunun xalq etirazına səbəb olduğu görülə bilər. 1902-ci ildə xalq bunların nə yolda olduqlarını öyrənmiş və üzvlər keçmiş ideya qardaşları tərəfindən İngiltərə, Rusiya, Bolqarıstan və İranda küçələrdə öldürüldülər [79, 89].
Hınçaq təşkilatının qurucuları Osmanlı İmperatorluğuna ayaq basmasalar da, 1890-cı illərdə Türkiyədəki erməni təşkilatlarını quraraq fəaliyyətə keçmişlər [70, 66].
Bu təşkilatın məqsədi əvvəlcə “Türkiyə Ermənistanı”nı qurtarmaq, sonra da “İran və rus Ermənistanı” ilə birləşmək müstəqil bir Ermənistan qurmaq idi. Fəaliyyət vasitələri kimi proqramında bunları saymışlar:
Propaqanda
Akıncı Alayları Təşkilatı
Ümumi İxtilal Təşkilatı
Üsyan Alayları Təşkilatı
Ruhani rəislər, erməni gəncləri, ixtilal və üsyan üçün hərəkət etmək istəyən xalqdan çox sayda ermənilər bu komitəyə girdilər. İstanbulda komitənin təşkilatını qurtarmaq üçün Cenevrədən Tbilisili Şimavon, Trabzondan Rupen Hanazad, Batumidən H.Meqavoryan, İrandan S.Danelyan gəlmişlər [70, 65-66].

Beləcə, İstanbul mərkəzi dərhal fəaliyyətə başlamış, komitəyə rəğbət bəsləməyənlərə, maddi yardım etməyənlərə qarşı sui-qəsdlər təşkil edilmişdir. Türkiyənin hər tərəfində və dünyanın müxtəlif yerlərində qanlı hadisələr törədilmişdir. Bu təşkilatın siyasi proqramı da onu göstərir ki, təşkilatın amacı və məqsədi, eləcə də fəaliyyəti anarxist bir xarakter daşıyır, amalı şiddət vasitəsi ilə qarışıqlıqlar çıxarmaqdır. Hınçaqlardan məmnun olmayan ermənilər əvvəlcə “Troşak”, “Daşnaksutyun” adı ilə görünüşdə strategiyasını “sülh yolu ilə amaclarının gerçəkləşdirilməsi” şəklində ortaya qoyan bir cəmiyyət qurdular və Troşak qəzetini təsis etdilər [70, 67].
Daşnaksutyun “Erməni İxtilal Cəmiyyətləri İttifaqı” deməkdir. Daşnaksutyunun həyata keçirdiyi fəaliyyətlər və tutduğu yol, davranış və addımları, terrorla olan bağlantıları sülhsevər görüntü ilə pərdələnməyə çalışılmışdır. Ancaq dünyada törədilən Daşnak qətliamları da tarixçilərin gözündən yayınmamışdır.
İlk fəaliyyətləri Türkiyədəki Erməniləri silahla təchiz etmək, silah təlimləri keçmək, Türkiyəyə terroristləri yerləşdirmək, bununla birlikdə ümumi üsyanlar çıxarmaq məqsədlərinin bir növü idi.
Daşnaksutyun 1892-də Tiflisdə ilk ümumi yığıncaqlarını keçirdi. Buraya Türkiyədən Ərzurum, Van, Muş, Bitlis vilayətlərindən xarici ölkələrdən maliyyələşən və dəstək alan ermənilər dəvət edildi, sui-qəsdlərin tərtibinin planları məsləhətləşildi. Ermənilərin silahlandırılması və təlimlər keçirilməsinə qərar verildi [80, 93].
Komitənin hər tərəfə verdiyi əmr belə idi:
-Türkü, kürdü hər yerdə və hər vasitədə vur!
-Erməni əleyhinə olanları öldür! İntiqam al! və s. [70, 68]. Bu gün də eyni erməni xisləti sosial quruluşlarında əsas yeri tutur. ARM1 erməni Dövlət

Televiziyasında Türkiyədəki separatçıları təbliğ edən xəbərlərin geniş yer alması da bunun sübutudur.
Daşnaksutyunun türk və kürdlərə qarşı terror vasitələrindən istifadəsi səslənişi Xaçatur Abovyanın (“Böyük Ermənistanın yaraları”, İrəvan, 1936) əsərlərində də geniş yer almışdır. Rafi Akopyanın 19 cildlik “Erməni tarixi” ensiklopediyası da ortaya qoyur ki, ermənilər heç vaxt sülhə yanaşmayacaq, əksinə, bundan yayınmaq üçün ermənilərə xas məharətlərindən istifadə edəcəklər. Ermənilərin haqlı olduğunu müdafiə edən və erməni lobbisi ilə əlaqəsi olan, Türkiyə dövlətinə qarşı təşkilatlanma aparan türk adlı erməni prof. Dr. Baskın Oranın “Türk Dış Politikası” əsərinin I cildində yazır ki, ermənilərə ən böyük zülmü kürdlər həyata keçirmişdir. Baskın Oran Türkiyə dövlətinə qarşı hərəkətinə görə dəfələrlə tutulmuş, 1402 saylı qanunla tutulmasına və Ankara Universiteti Siyasi Bilgilərdən 2 dəfə qovulmasına baxmayaraq, hazırda sadiq “cəsus” kimi fəaliyyət göstərməkdədir. Unutmamalıyıq ki, Hınçaq komitəsinin İstanbul şöbə rəisi Hamparsun Boyaçıyanın da adı Murad idi... Məhz bu kimi düşüncə sahiblərinin sayəsində həm Türkiyə, həm də Azərbaycandakı kürd vətəndaşlarını alət etməyə çalışanlara qarşı mübarizə aparılmalıdır. Onların planı Azərbaycanda da qarışıqlıq yaratmaqdır.
Bu və ya digər çoxsaylı əsərlərdən aydın olur ki, daşnaklar tək türklərə qarşı deyil, kürdlərə qarşı da eyni çirkin fəaliyyətlərini həyata keçirmişlər.
Dərs kitablarında yuxarıda söylənilən fikrin müəllifi Baskın Oran kimi yazıçıların timsalında görmək olar ki, qarışıqlıqlar çıxarmaq üçün belə elm adamları bu gün kürdlərə Türkiyədə müstəqillik verilməsini təklif edirlər. Taner Akçam kimi ermənilərin haqlı olduğunu sübut etməyə çalışan kitabların universitet tələbələrinə satılmasında rol oynamaqla həm erməniliyə xidmət edir, həm də bu satışla onlara maddi köməklik göstərmiş olurlar.
Tarixdən də bəllidir ki, Daşnaksutyunun qurulduğu illər Osmanlı İmperator­luğunun ən çətin zamanları ərəfəsindəki illəridir. Osmanlını “xəstə adam” adlandıran çar Rusiyası daşnaklardan tarix boyunca istifadə etdiyi kimi, hazırdakı Ermənistanın Daşnaklarından da yararlanmaqdadırlar.
Çar Rusiyası 1876-1877-ci illər hərb müharibəsindən sonra ələ keçirdiyi Elviye-i Selase (Qars-Ardaxan-Batumi) daxil olmaqla, Qafqazda erməni əhalisini Azərbaycana yerləşdirməyə çalışan ruslar, daha sonra isə bu siyasətini dəyişərək erməniləri Osmanlı əleyhinə istifadə etməyə başladılar. Rusiya tarixi məqsədlərinə çatmaq üçün bütün Doğu Anadoluyu əhatə edən və Qara Dənizdən Ağ Dənizə qədər uzanan böyük bir Ermənistan qurmaq istəyirdi. Qurulacaq belə bir erməni dövlətini İngiltərə də dəstəkləyirdi [54, 7]. Ermənistanın 1920-ci il Sevr müqaviləsində qurulmuş olmasının səbəbi, 1917-ci ildə Rusiyadakı kommunist rejiminin yayılmasına qarşı İngiltərə dövlətinin bir istifadə edə biləcəyi dövlətlə əngəl olmaq siyasətidir [107, 133]. Belə bir vəziyyətdə qurulan Daşnaksutyun, Qafqazda, Türkiyə və Avropada təşkilatlanaraq, Türkiyə və Azərbaycan əleyhinə şiddət və dəhşət saçan fəaliyyətlərə başladı. Ermənilərin türklərdən istədikləri şəhərlər bunlar idi.

“Qars, Van, Ərzurum, Harput, Diyarbakır, Bitlis, Sivas, Adana və Kilikyanın güneyi” 1887-ci ildə İsveçrədə qurulan erməni “Hınçaq” təşkilatı da eyni xəyallarla yaşayırdı. Bu məqsədlə ermənilər Anadolunun güneyinə silahlı hücumlar edirdilər. XIX əsrin sonlarında Osmanlını parçalamaq istəyən imperialist dövlətlərin, xüsusilə də Rusiya, Fransa, İngiltərə və dolaylı olaraq ABŞ Osmanlı dövlətində yaşayan bütün xristianlardan türklər əleyhinə istifadə edirdilər. Türkiyədəki ermənilərdən də istifadə bu məqsədə xidmət etmişdir. İstədiklərini əldə etdikdən sonra isə erməniləri “ağzı üstə” buraxmışlar [143, 249].
Daşnaklar ingilislər tərəfindən də dəstəkləndikləri üçün daha da qudurğan davranışlara yol vermişlər.
Ruslardan gizli bilgilər alan ermənilər İrəvan, Naxçıvan, Ordubad, Qarabağ, Şuşa, Gəncə, Bakı və Şirvanda yaşayan silahsız insanlara qarşı basqın edərək, onları qətlə yetirməyə başladılar. Onlar azərbaycanlıları öldürməklə əhalisinin sayını çoxaltmağa çalışırdılar. Törədilən bu vəhşilikləri tərəfsiz bir şəkildə ələ alan Gürcü sosialistlərindən yazıçı Garibi Altın (qızıl) kitabda belə yazır:

Erməni inqilabçılarının, xüsusilə də, Daşnaksutyun partiyasının yaradılmasına qədər Cənubi Qafqazda sülh və dostluq çərçivəsində yaşadılar. Ancaq daşnaklar gəldikdən sonra Qafqazda, yalnız və yalnız ermənilərdən ibarət Ermənistan dövləti qurmaq istədilər. Cənubi Qafqazın kəndlərində irqçi hərəkətlər və qarşılıqlı nifrət hissləri doğmağa başladı. Ermənilərin silah oynatmalarına qarşı türklər də cavab verməli oldular [74, 49]. Hal-hazırda Ermənistanın indiki vəziyyəti və tək erməni­lərdən ibarət olması da illər əvvəl deyilən fikri sübut edir.
Bu gün Vanın bir neçə kilometrliyində yer alan “Zeve Xərabəliyi” Hınçaq və daşnak zülmünün yadigarıdır.
Bir zamanlar Zeve böyük bir kənd idi. Ermənilər bu kəndi tamamən yandırmışlar, qocalar, qadınlar və uşaqları dünya tarixində görülməyəcək bir şəkildə (Xocalı qətliamında olduğu kimi) 2000 nəfər türkü xəncərlə doğram-doğram etmişlər [70, 233]. Ermənistan prezidenti Serj Sarkisyanın gənclərlə görüşündəki çıxışında “Qarabağı aldıq, Doğu tərəfi almaq da sizin vəzifənizdir” deməsi onu göstərir ki, Türkiyə-Azərbaycan əlaqələrində elə məsələlər var ki, bunlar Azərbaycanla birlikdə qərarlaşdırılaraq həll edilməlidir. Rus-Yapon müharibəsi səbəbi ilə ruslar güclü ordularının bir qismini Qafqazdan çəkmək məcburiyyətində qaldılar. Qafqazdakı rus çarı II Nikolay tərəfindən dəyişdirildi. Dəyişdirilən və kresloya oturan Vorontsov Daşkov çox çirkin bir siyasət həyata keçirməyə başladı. Onsuz da daşnakların əməllərinə nifrət edən azərbaycanlılar ermənilərə qarşı köklənmə strategiyasına başladı. Bu nifrət ermənilərin sənaye, ticarət sahələrində hər şeyi əldə tutmaları ilə artmışdı. Digər şirkətlər də daxil olmaqla, neft şirkətləri də ermənilərin əlində idi. Ermənilər azərbaycanlıları rəqabət edə bilməyəcəyi şəkildə hər şeydən kənarlaşdırmışdılar [74, 49].
Daşnakların fərqli bir strategiyası da ondan ibarətdir ki, onlar toplu soyqırım xaricində fərdi qətlləri də həyata keçirmişlər. Məsələn: Məhəmməd Bəy Kəngərli 1905-ci il avqust ayının 29-da Batumidə daşnaklar tərəfindən xəncərlə doğranmışdır [54, 11]. Bu mövzudan “Həyat” qəzetinin 1905-ci il 53-57-ci nömrələrində bəhs edilmişdir.

Burada məqsədimiz xronoloji olaraq hadisələri ardıcıl sıralamaq deyil, Daşnaksutyunun oynadığı rolu ortaya qoymaqdır. Məqsədimiz bu olsaydı, o zaman daşnakların törətdikləri çoxsaylı üsyanlardan və həyata keçirdiyi dəhşətli əməllərindən ətraflı şəkildə bəhs edərdik. Məqsəd belə bir cinayətkar təşkilatın nə şəkildə pərdələndiyini ortaya qoymaqdır. Bu mənbələrə müraciət etmək kifayətdir. Buradan erməni dəstəkçilərinin oynadığı rolu da görmək mümkündür, hansı ki, günümüzdəki erməni dəstəyi də bunun təzahürüdür [126a, 193; 87, 332; 41, 29-30].
JQAK terror qrupunu daşnak təşkilatı qurdu. Bu qrupun cinayətləri və bombalama hadisələri daşnaklar tərəfindən planlaşdırıldı və qərarlaşdırıldı. Ancaq bu terror təşkilatının “ASALA”dan fərqli bir tərəfi ortaya çıxdı. Türk və başqa ölkələrin vətəndaşları terrorun tətbiq edilməsində ayrıseçkiliyə tabe deyildi. Daşnaq isə hədəf olaraq, yalnız və yalnız türk və türk təmsilçilərini seçirdi [118, 76]. Daşnaksyutun qurulduğu zaman müxtəlif federasiyaların bir araya gəlməsi ilə qurulmuş və bu onun heca anlamından da görünür. Daşnaksyutunun bütün fəaliyyət və təşkilatçılığı rusların dəstəyi ilə olmuşdur. Daşnakların “Araşdırma Mərkəzləri”nin işbirliyi bunun sübutudur [49, 120].
İstər Erməni Fədai Hərəkatı, istərsə də Nemses qrupu I Dünya müharibəsində ermənilərin Osmanlı İmperatorluğuna qarşı müharibə və mübarizələrini həyata keçirmiş, çox sayda türk öndə gələnlərinin öldürülməsini hər iki təşkilat həyata keçirmişdir. Ramqavara Batı dövlətləri tərəfindən dəstək verilmiş, Hınçaqlar isə rus tərəftarlığı ilə seçilmişlər [115, 103].

Daşnaklar müəyyən bir zamanadək İngilislər tərəfindən daha çox dəstək aldıqları halda, 1920-ci illərdən sonra ruslar tərəfindən olan dəstəkləri ingilisləri kölgədə qoydu. Məhz elə bu ərəfələrdə də bunun əsas səbəbi Azərbaycanı sarsıtmaq, müxtəlif üsyanları ermənilər vasitəsilə törətmək rusların əsas qayələrini təşkil edirdi. Osmanlı Türkiyəsində bundan istifadə edən ruslar bunu Azərbaycanda daşnakların əli ilə tətbiq etməkdə idi. Günümüzdəki Qarabağ problemini 1988-ci ildən başlayaraq araşdırma mövzusu etmək də bu baxımdan səhv ola bilər.
SSRİ-nin dağılmasından əvvəl ən çox dünyaya tanıtdıran erməni terror təşkilatı ASALA-dır. 1975-ci ildə qurulan bu təşkilatın ən qəddar iki lideri Aqop Aqopyan və Aqop Daşnakçıyan öldükdən sonra idarəçiliyi Lübnandakı Mərkəzi Komitə ələ keçirmişdir.
ASALA 1981-ci ildə açıqladığı “siyasi proqramı ilə” məqsəd və hədəflərini dünya ictimaiyyətinə elan etdi. Bu proqrama görə ASALA-nın amacı: “demokratik sosialist və inqlabçı bir hökumət ilə birləşmiş Ermənistanın qurulması idi”. ASALA-nın iki vacib düşməni “ASALA yanında olmayan ermənilər” və “Türk imperializmi” göstərilməkdə idi. ASALA “Böyük Ermənistan” qurulması üçün başlıca yolun çevriliş ilə həyata keçirilməsinin şərt olduğunu qəbul və elan etməkdə idi [42, 93]. Fransadakı Erməni terroristləri ilə əlaqəyə girərək təşkilata yeni üzvlər alındı. Bunların ən məşhurları Aleks Yenikomşyan və Monte Melkoyan idi. 1981-ci ildəki bir çox terror hərəkətləri bu qruplar tərəfindən gerçəkləşdirilmişdir [118, 90]. ASALA-nın məqsədinə nail olması üçün şiddətdən istifadə etməsi elanı sübut edir ki, tam mənası ilə bir terror təşkilatıdır.Ona görə də erməni diasporalarının terror təşkilatı yox, siyasi təşkilatdır demələri mənasızdır. Hətta siyasi təşkilat olasydı belə, məqsədinə şiddət vasitəsilə nail olmaq o deməkdir ki, şiddət terrorun başlıca xarakterik əlamətidir.
1905, 1908, 1948, 1953 və 1965-ci illərdə indiki Ermənistanda yaşayan azərbaycanlılara qarşı törədilən cinayət və güclə köç etdirmə və baş verən qətliamlar çox sayda yazıçılar tərəfindən qələmə alınmışdır. Azərbaycanlılara qarşı hücumlar isə ASALA-nın qurulmasından sonra başlamışdır.
Son iki əsr Azərbaycan türklərinin həyatında ən ağır və dözülməz işgəncələr, qırğınlar, və deportasiyalarla yadda qalmışdır. Bu da təsadüfi deyildir. 1801-ci ildə rus qoşunlarının Lori Pəmbək bölgəsində İrəvan xanlığının ərazisinə daxil olması anından soydaşlarımız qaçqınlıq faciəsini yaşamaga məcbur olmuşlar [118]. Ermənistanda yaşayan azərbaycanlılar ilə əlaqədar aşağıdakıları söyləmək yerinə düşər. 1804-cü ildə bölgədə yaşayan 4336 ailədən 3226-sını azərbaycanlı türklər təşkil etməkdə idi. Digər millətlər də diqqətə alındıqda, bu tarixdə erməni əhalisi 1% təşkil etməkdə idi. Bu isbat rus generalı Sisyanovun arxivdəki məktubundan bəllidir. 1828-ci ildən sonra, yəni Türkmənçay müqaviləsindən dərhal sonra İrəvan Xanlığının ərazisi erməni vilayəti adlandırılmışdır. Müqavilədən az sonra İrandan 40.000, Türkiyədən 64.800 nəfər erməni köçürülərək gətirilmişlər. 1828-ci ildə əhalinin 73,8 faizini təşkil edən Azərbaycan türklərinin sayı 1834-cü ildə 46,2 faizə endirilmişdir [114, 6]. Bu siyasət hazırda da davam etməkdədir, işğal edilən Azərbaycan torpaqlarına müxtəlif ölkələrdən ermənilərin köçürülməsi siyasəti kütləvi xarakter almışdır.

Ermənistanda türklərə qarşı münasibət daşnak “qəhrəmanının” dili ilə belə deyilirdi: “Mən Basarkeçərdə (indiki Vardenis) heç kimsəyə fərq qoymadan türk insanını, türk əhalisini məhv etdim. Silahıma heyfim gəldiyi üçün bu itlərə qarşı ən gözəl vasitə olaraq müharibədən sonra bütün sağ qalanları bir-bir toplamaq, onların hamısını bir quyuya doldurmaq, beləcə, yuxarıdan ağır daşlar ilə basdırmaq lazımdır ki, onların heç biri dünya işığı görməsinlər. Mən elə də etdim. Bütün kişi, qadın, körpələri bir yerə toplayaraq onları quyuya atdım və üstlərini örtdüm” [54, 26].
Bundan başqa, İrəvanın Milli Komitəsinin rəhbəri Mir Hidayət Seyidzadənin Azərbaycan Cümhuriyyəti Nazirlər Kabinetinin sədrinə göndərdiyi məktub o dövrün ermənilərinin məqsəd və vəzifələrinin ortaya qoymaqdadır. O yazırdı: Son zamanlar ermənilər yenə də Zəngəzura, bizə, yəni Şərur və İrəvan vilayəti müsəlmanlarına qarşı hücumlara başlamışlar. Onlar bizim kəndlərimizə hücum edir, camaatı toplu halda aparır və qətl edirlər. Zəngəzur vilayətində 20-ə qədər kənd əhalisi öz doğma yurdlarını tərk edərək, İrana, Qarabağa və bizə qaçmaqla qurtulmuşlar. Bəzi kəndlərdə Ararat hökuməti Zəngəzur vilayətinin tamamilə bu hökumət ilə birləşdirildiyi haqda xəbərlər yaymışdır. Beləcə, onlar qarşılarına elə məqsəd qoymuşlar ki, xalqların sülh konfransında bu yerlərə olan hüquqlarını isbat etsin və oranı Ermənistanın torpaqları kimi göstərmək üçün Zəngəzur, Şərur, Naxçıvan və Ordubadın bütün əhalisini qətl etsinlər və bütün yerləri “təmizləsinlər”. Bunu bilin ki, ermənilər bu torpaqları müsəlmanlardan təmizləyəndən sonra bizim xalqdan burada, heç bir iz qalmayacaq, o zaman bizim istədiklərimiz bir işə yaramayacaq və hər şey xəyala çevriləcək [14].

1905-ci il hadisələrində indiki Ermənistan ərazisindən 350 mindən artıq əhali didərgin düşdü, 150 min nəfər məhv edildi. 1918-ci ilin yayında və payızında Zəngəzurda 115 Azərbaycan kəndi tamamilə məhv edilmişdi. Bu kəndlərdə 8 mindən artıq adam, o cümlədən qoca, uşaq və qadın qəddarcasına öldürülmüşdür [34, 19]. Bu illərdə yüz mindən yuxarı azərbaycanlı öz yurd-yuvasından didərgin salınmışdı. Zəngəzur, Naxçıvan, Qarabağ, Ordubad və başqa yerlərdən Azərbaycan Cümhuriyyətinin parlamentinə və hökumətinə göndərilmiş yüzlərlə teleqram, məktub və ərizələrdə daşnak quldur dəstələrinin törətdikləri vəhşiliklər haqqında məlumat verilirdi [34, 24-25]. 1918-ci ilin sonunadək Daşnak ordusunun İrəvan quberni­yasında 200 türk kəndini qarət edib yandırması öz əksini tapmış, yuxarıda sadalanan erməni qəddarlıgı getdikcə daha da amansız hal almışdır.
On beş mahal üzərində Ermənistan yaradan və yenə də gözləri doymayan ermənilər Dağlıq Qarabağın “ovuna çıxıblar”. 1921-ci ildə buranı Ermənistana birləşdirmək istəsələr də, buna nail ola bilmədilər. 1923-cü ildə Dağlıq Qarabağa muxtariyyat verilməsini həyata keçirdilər. 1929-cu ildə Naxçıvanın 9 kəndini, Meğri rayonunun kəndlərini Ermənistana birləşdirdilər.
Ermənistan ərazisində əvvəllər mövcud olan İrəvan, Eçmiədzin, Yeni Bəyazid, Aleksandropol, Zəngəzur, Dilican, Pəmbək qəzalaraında 2310 yaşayış məntəqəsindən 2000-i Azərbaycan türklərinə mənsub olub [35, 162].
Ermənistan Respublikası təşkil olunduqdan sonra Azərbaycan türklərinə qarşı soyqırım kompaniyası daha da gücləndirilib. Professor Castin Makkarti (ABŞ) yazır: “Biz dəqiq bilirik ki, 1820-ci ildən 1920-ci ilədək təxminən 600 min erməni Rusiya imperiyasının ərazisinə köçürülmüşdür. 2 milyon müsəlman isə Rusiyadan get­mişdir”.

Zaven Kokodyan yazır ki, Qəmərlidə olan 102 kənddən 94-də, Eçmiədzində olan 71 kənddən 67-də Azərbaycan türkləri yaşayırdı. Daşnak qırğınından sonra bu rəqəm köklü sürətdə dəyişilmişdi. Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra Qəmərlidəki 102 kənddən 75-də, Eçmiədzində isə 71 kənddən

52-də Azərbaycan türkləri yaşayırdı [35, 30].
“İstoriçeskiye zapiski” jurnalında oxuyuruq: “Daşnaksyutunun 30 aylıq ağalığı dövründə azərbaycanlı əhalisinin əlində olan torpağın 60 faizi müsadirə edilmişdir” [131, 80].
İstər ASALA, istərsə də digər erməni terror təşkilatları olsun, ortaq tərəfləri ondan ibarətdir ki, öz törətdikləri qırğın hadisələri ilə paralel olaraq, qurduqları təbliğat vasitələri ilə də bunların çoxunu ört-basdır etmişlər. Bu da ermənilərin siyasiləşmə davranışlarının və Azərbaycan ümumbəşəri və insan haqlarına verdiyi dəyər ilə qarşılaşdırıldıqda, Azərbaycanın torpaq itgisi ilə nəticələnmişdir. Azərbaycan haqlı olduğu halda uzun müddət müdafiə taktikası və gerçəkləşən erməni terrorunun tamamilə fərqli təbliğatına qarşı özünü müdafiə etmişdir. Onsuz da indiki Ermənistanda olan 30-dan artıq inzibati rayonun hamısı vaxtı ilə azərbaycanlıların yaşayış məskəni olub. Hazırda həmin rayonların məcmusu Ermənistan Respublikası adlanır. Biz bunu müxtəlif mənbələrlə əsaslandırılmış olan Eldar İsmayılın araşdırmalarından da görə bilərik. Həmin rayonlar haqqında qısa məlumat:

1. Abaran-ilk adı 1935-ci ilə kimi Baş Abaran
2. Artaşat-1930-cu ilə kimi Böyük Qəmərli
3. Amasiya-Amasiya
4. Axuryan-1956-cı ilə kimi Arpaçay
5. Ararat (Dəvəli)-1956-cı ilə kimi Vedi rayonu adlanıb
6. Ani-1961-ci ilə kimi Ağin
7. Araqadz-1950-ci ilə kimi Ələyəz
8. Artik-1935-ci ilə kimi Böyük Arıxvəli
9. Kamo (Bəyazid)-1830-cu ildən əvvəl Kəvər
10. Vardenis-1969-cu ilə kimi Basarkeçər
11. Vayk (Paşalı)-1988-ci ilə kimi Əzizbəyov
12. Yeğadnazov-1957-ci ilə kimi Keşişkənd
13. Tumanyan-1969-cu ilə kimi Allahverdi
14. Noyemberyan-1937-ci ilə kimi Varana
15. Kalinino-1935-ci ilə kimi Voronsovka
16. Martuni-1926-cı ilə kimi Aşağı Qaranlıq
17. Quqark-1964-cü ilə kimi Qarakilsə
18. Spitak-1949-cu ilə kimi Hamamlı
19. Stepanavan-1923-cü ilə kimi Calaloğlu
20. Hrazdan-1959 ilə kimi Axta
21. İcevan-1949-cu ilə kimi Karvansara
22. Dilican-Dilican
23. Krasnoselo-1940-cı ilə kimi Çəmbərək
24. Eçmiədzin-Vağarşabad, türk mənbələrində Üçkilsə
25. Aştarak-Əştərək
26. Talın-Talin
27. Hoktomberyan-Qurdqulu 1935-ci ildən Armavir
28. Qafan-Aqfan
29. Qoris-Gorus
30. Meqri-Meğri
31. Sisyan-1940-cı ilə kimi Qarakilsə
32. Masis-Uluxanlı rayonu, 1969-cu ilə kimi Zəngibasar
33. Abovyan-Kotayk rayonu, 1969-cu ilə kimi Ellər [34, 22].
Elə bu adların dəyişdirilməsindən, eləcə də bundan sonrakı faktlardan da aydındır ki, Azərbaycan SSRİ zamanında haqsızlıqlarla qarşı-qarşıya qalmışdır.
ASALA-nın qurucularından və daşnak fəallarından Vardenis xəstəxanasının (Basarkeçər) Baş Həkimi Ağvan Nersesyan Ermənistanda çıxan “Vardenis” qəze­tində verdiyi müsahibəsində 100 nəfər azərbaycanlı oğlan uşağını öz əlləri ilə öldürdüyünü açıqlamış, ancaq dövlət strukturları onun haqqında heç bir tədbir görməmişdir.

Ermənilər 1987-ci ildən başlayaraq Dağlıq Qarabağın Ermənistana birləş­dirilməsi mövzusunu Beynəlxalq mövzuya çevirməyə başladılar. 18 noyabr 1987-ci ildə Qorbaçovun iqtisad mələhətçisi Abel Aqanbekyan Fransanın Humanite qəzetinə verdiyi müsahibəsində Qarabağın iqtisadi və siyasi “problemləri” haqqında geniş bilgi verərək, Qarabağın Ermənistana birləşdirilməsinin zərurət olduğunu ifadə etdi. Aqanbekyanın bu müsahibəsini Avropa və Amerikadakı erməni qəzetləri ilk səhifədə dərc etdilər. Moskva isə Aqanbekyanın verdiyi müsahibə ilə əlaqədar heç bir açıqlama vermədi. Bu, erməniləri daha da cəsarətləndirdi. Artıq İrəvan küçələrindəki mitinqlərdə sadəcə Dağlıq Qarabağın deyil, Naxçıvanın da Ermənistana birləşdirilməsindən danışılırdı. Əslində bunun tarixi kökləri araşdırmalardan da görüldüyü kimi, Sovet hakimiyyətinin qurulduğu ilk illərdən geniş vüsət almışdı.
Zəngəzurun ermənilərə verilməsi, əslində isə “peşkəş edilməsi” addımı 1920-ci il dekabrın 1-də atılmışdı [34, 22]. Xaricdən aldadılıb gətirilmiş ermənilərin Sovet Ermənistanında inzibati yollarla saxlanması deportasiya prosesinə ciddi təsir göstərirdi [135, 391]. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin siyasi və təşkilat bürolarının 1920-ci ilin 30 noyabr tarixində qəbul edilən tarixi sənədin 5-ci bəndində yazılırdı ki, Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyil.Toplantıdakı sənədin əsas məqsədi “G”maddəsində verilirdi və yazılırdı ki, Zəngəzur və Naxçıvan Ermənistana verilir. ”J” maddəsində isə N.Nərimanova sadəcə açıqlama məsuliyyəti yüklənir [54, 43]. Tarixdə N.Nərimanov açıqlaması kimi yadda qalan bu açıqlama, xüsusilə də Azərbaycan torpaqlarının Ermənistana verilməsi (hədiyyə edilməsi) Stalin, Nazaretyan, Orcanakidze və başqaları tərəfindən yetərincə dəyərləndirilmişdir. Bakı Sovetinin sözü gedən toplantısında bu açıqlamanın bəşər tarixində əvəzi olmayan çox vacib bir sənəd olaraq dəyərləndirən G.Orcanakidze Azərbaycanın vacib strateji yerlərinin dəyərini azaldaraq belə demişdir: “Zəngəzur məhsuldar olmayan dağlardan ibarətdir, buğda yox, su yox. Naxçıvan isə bataqlıq və quraqlıqdan başqa bir şey ifadə etmir, Qarabağda da heç bir şey yoxdur və onsuz da yoldaş N.Nərimanov deyir ki, onları özünüzə alın. Bu məhsuldar olmayan torpaqları Ermənistan üçün alırıq. Belə edirik ki, Sovet Azərbaycanı bir yükdən də azad olsun” [54, 26-44].
Bir neçə erməni ailəsi olmasına bamayaraq, Stalinin əmri ilə Dilican, Göyçə gölünün hövzəsi və Güney Azərbaycan sərhəddinə uzanan kolidorun meydana gətirdiyi on min kilometrlərlə ərazi Azərbaycandan qoparılaraq Ermənistana verilmişdir. 1920-ci ildən 1937-ci ilə kimi minlərlə savadlı, bacarıqlı, hörmətli Azərbaycan oğulları repressiya qurbanı olmuşdur. Unutmamaq lazımdır ki, məsləhət verən erməni idi.
1948-1953-cü ildə Stalinin və Mikoyanın yeritdiyi şovinist siyasət nəticəsində indiki azərbaycanlılar Ermənistandakı yurd-yuvasından çıxarılaraq yük vaqonlarında Qazaxıstana və Azərbaycanın aran rayonlarına sürgün edilmişdir. Kəskin iqlim şəraiti, aclıq və xəstəliklər nəticəsində həmin adamların kütləvi həlak olması da tarixi sükunətlə həyata keçirilmişdir. Sağ qalanlar isə Qazağıstanda ailə qurmuşlar və Qazağıstan-Azərbaycan inteqarasiyasında oynadıqları rol əvəzsizdir. Bu rol əlbəttə müstəqil Azərbaycanla əlaqələrin inkişafında özünü göstərmişdir. Günümüzdə Surqutda işləyən azərbaycanlılara diqqət etsək görərik ki, onların orada işləmə səbəbkarları həmin vətəndaşlardır.
Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında “SSRİ Nazirlər Sovetinin sədri İ.Stalin tərəfindən imzalanmış 23 dekabr tarixli 4083 saylı və 1948-ci il 10 mart tarixli, 754 saylı qərarları xalqımıza qarşı Sovet hökumətinin qəbul etdiyi ən ədalətsiz qərarlardan biri idi [54, 161]. Nəticədə 150.000 azərbaycanlı Ermənistan SSR-dən Mil-Muğan düzlərinə və Ceyrançölə köçürüldü.Onların 30%-ə qədəri iqlim şəraitinə dözməyib qırıldı. Yalnız 50.000-i Stalinin ölümündən sonra viran edilmiş yurd-yuvalarına qayıtdılar [54, 100].
Göründüyü kimi, azərbaycanlıların kütləvi məhvi dövlət səviyyəsində aparılmış, əvvəlcədən düşünülmüş, əvvəlkilər və 1988-ci ildəki kimi planlı surətdə təşkil edilmişdir. Buna görə də Azərbaycan Dövləti cinayətlər və onları törədənlər haqqında təhqiqatlar apararaq, səbəbkarları aşkar edərək, törədilən soyqırımın hüquqi qiymətini alanadək mübarizə aparmalıdır.
1828-ci ildən 1952-ci ilə qədər Ermənistan ərazisində 2 mindən artıq azərbaycanlı yaşayış məntəqəsi boşalmışdır.
1920-ci il dekabrın 1-də Azərbaycan Xalq Komissarları Şurası Zəngəzur, Naxçıvan, Dilican, Göyçə mahallarını və Göyçə gölünün Ermənistanın XI qızıl ordu tərəfindən işğalından 3 gün sonra Rusiyanın təzyiqi ilə ermənilərə vermişdir.
1920-1970-ci illər arasında 500-ə qədər azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilmişdir [4].
XIX-XX əsrdə indiki Ermənistan ərazisində 3 milyondan artıq azərbabycanlı deportasiya edilmiş və bu zaman 1 milyon günahsız adam ermənilər tərəfindən öldürülmüşdür. Təkcə İrəvan şəhərində 9 məsciddən biri qalmışdır-Göy məscid. Son vaxtlar erməni mətbuatı onu da fars məscidi kimi qələmə verir [4].

Bütün bunlar ermənilərə ruslar tərəfindən edilən mükafatların sübutudur. Belə ki, 1828 Osmanlı-Rus müharibəsində Doğu Anadoludakı yerli ermənilər ruslara kömək edir və osmanlılara qarşı onlarla bərabər hücum edirdilər.
Əgər SSRİ dövründə Türkiyə Qərbyönlü yox, Rusiya ilə başlatdığı dostluq siyasətini davam etdirmiş olsaydı, bəlkə də bu dövrdən sonra azərbaycanlılar öz doğma yurdlarından didərgin düşməyəcəkdilər. Azərbaycan-Türkiyə münasibətləri də öz sərbəstliyində davam edəcəkdi. Azərbaycan davamlı olaraq xarici siyasətində qonşu dövlətlərin torpaq bütövlüyünə və dövlət müstəqilliyinə hörmətlə yanaşmışdır. Təəssüflər olsun ki, indiki Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan qaçqın və məcburi köçkün sayına görə dünyanın ilk sıralarında yer alır. Sonuncu azərbaycanlıyadək indiki Ermənistandan qovulmuş, halbuki, Bakıda 30.000 erməni yaşayır,Türkiyədə isə minlərlə erməni türklər kimi eyni hüquqa sahibdirlər,qeyri-qanuni olaraq 100 mindən çox indiki Ermənistan vətəndaşının Türkiyədə işləməsinə göz yumulmaqdadır.Bu dünya türklərinin ümumbəşəri dəyərlərə sadiqliyinin nümunəsidir.
Araşdırmalardan görürük ki, bütün dövrlərdə ermənilər türklərə qarşı fitnəkarlıqla məşğul olmuşlar. Həm də türkün ümumbəşəri sosyal quruluşundan sui-istifadə etmişlər.
Hərbin sona çatmasından sonra Osmanlı intiqamından qorxan Ərzurum Yepiskoposu Karaped, Ərzurum, Qars və Doğu Bəyazitdə 90.000 erməniylə Rusiyaya qaçdı [70, 270].

Biz buradan ermənilərin soyqırım iddialarının nə qədər əsassız olduğunu görə bilərik. Bu məsələ ilə bağlı bir Amerikan, bir erməni və bir ingilis nümayəndəsinin fikrini açıqlamaq yerinə düşər.
General Harburt Amerika Senatına verdiyi 16 oktyabr 1919-cu il məlumatında yazır:
“Qara dənizdən İrana qədər ərazini gəzdik. Lakin erməni məlumatlarını təsdiq edəcək heç bir şey tapmadıq”.
Amerikada çap olunan “Qoçnak” qəzetinin 24 may 1915-ci il sayında ermənilər iftixarla yazmışlar:
“Vanı əldə etdik, qalanı aldıq. Vanda ancaq 1500-ə qədər qadın və uşaqdan başqa türk qalmayıb” deyərək 2 gün içində böyük Van şəhərində bütün türk əhalisini qırdıqlarını etiraf etmişlər.
1896-cı ildə Vanda baş vermiş üsyan haqqında ingilis konsulu Vilyams yazırdı ki, bütün bu hallara sərsəm ermənilər səbəb oldular.
Müsəlmanların səbrlərini son həddə qədər təhrik etdilər. Üsyan edən ermənilər rus tüfəngləri ilə təchiz edilmişdilər. Tamamilə günahsız öldürülən türklərə aid əlimdə sənədlər var. Türklər yalnız Anadoludakı müsəlmanların deyil, digər millətlərin də ən yaxşılarıdırlar. Rus və Avropa qəzetlərinin iftiralarına layiq deyildir.

Ermənilərin uydurma 1915-ci il “Erməni soyqırımı”nı inkar edən mənbələrdən biri də Vandakı fransız konsulu Zarfeçkinin 1914-cü ildə verdiyi məlumatdır. Onun məlumatına görə Türkiyədə 1.300.000, Rusiyada 1.100.000, İranda 100.000, Amerika, Misir, Polşa, Rumıniya və Bolqarıstanda 500.000 olduğunu göstərir.
Biz bunu 4 dəfə erməniləri təbliğ etdiyinə və Türkiyə hökumətinə qarşı təşkilatlanma apardığına görə tutulmuş, eləcə də Fransadakı Erməni Diasporası tərfindən dəstəklənən [70], (Fransada oxuyub yetişmişdir) 2 dəfə Ankara Universiteti Beynəlxalq Əlaqələr Bölümündən qovulan və 1402 saylı qanunla tutulan [70] “Aqos” erməni qəzetinin köşə yazıçısı və daşnak lideri Köçəryanın ən sadiq fikirdaşlarından Prof. Dr. Baskın Oranın yazılarından da görmək mümkündür ki, təhcir qanununda erməni sözü ifadə olunmamışdır.
Hazırlıqları hökumətə xəbər verilmədən çıxarılan təhcir bir qanuna əsaslanır. İttihad və Tərəqqi höküməti 24 aprel 1915-ci ildə çıxardığı bir qərarnaməsi ilə erməni liderlərini həbs edərək təşkilatlarını bağlamış, sonra da 27 may tarixində 3 maddəlik bir “keçici təhcir yasası” (qanunu) çıxarmışdır. Bu qanunda “erməni” sözü yoxdur.

Maddə 1: Ordu xalq tərəfindən hər hansı bir şəkildə hökümətin əmrlərinə qarşı çıxaraq, ölkənin müdafiəsini və təhlükəsziliyini qoruma tədbirlərinə qarşı, silahlı hücum, müqavimət olarsa, anında hərbi qüvvələr hücumu yox etməyə və suçluyu cəzalandırmağa məcburdur;
Maddə 2: (ordu) “Hərbi qayda-qanuna əməl etməyərək cəsusluq və xəyanətlərini hiss etdikləri kənd və qəsəbə xalqlarını ayrı-ayrı, yaxud cəm şəkildə başqa yerlərə göndərə bilər və yerləşdirə bilərlər”.
Maddə 3: “Bu qanun çıxarıldığı gündən qüvvədədir” [109, 102].
Mənbənin müəllifi müxtəlif türk kanallarında və konfranslarda soyqırımı etiraf edək deyərkən, Fransadan erməniləri Türkiyəyə dəvət edib soyqırım haqda konfranslar təşkil edərkən, onları Universitetin mükafatları ilə yola salmaqdadır. Adı çəkilən əsərdə, eləcə də konfranslarda bir dəfə də olsun Azərbaycanın işğal olunan torpaqlarından, Xocalı Soyqırımı adı çəkilən kimi məsələdən yayınan tərəfli elm adamlarının əsərlərindən də görülməkdədir ki, erməni soyqırımı olsaydı, təhcirdə “erməni” adı çəkilməliydi. Belə ki, həmin dövrlərdə Andranik terror dəstəsi ilə qırğınlar törədərkən türk paşası onun həyat yoldaşına xərclik verməkdə idi.

Müxtəlif mənbələrdən də məlum olduğu kimi, ermənilər Azərbaycanın tarixi torpaqları olan İrəvan, Naxçıvan və Qarabağa Rus-İran və Rus-Osmanlı müharibələri əsnasında və sonralar köçürülmüşlər. Azərbaycan torpağı olan İrəvan xanlığı 15 bölgəyə ayrılırdı: “Qırxbulaq, Zəngibasar, Gernibasar, Vedibasar, Şərur, Sürməli, Dərəkənd-Parçanisə, Saatlı, Talin, Seyidli-Axsaqlı, Sərdarabad, Kərpibasar, Aparan, Dərəçiçək və Göyçə” [137, 6].
Rus-İran müharibəsi zamanı erməni ziyalılarının təşəbbüsü ilə Peterburqda hazırlanan xüsusi görüşmələrdə Zaqafqaziyada erməni vilayətinin qurulması məsələsi ortaya atıldı və ermənilər toplu şəkildə İrəvan xanlığına köç etməyə başladılar.
Ermənilərin İrandan Zaqafqaziyaya köçürülməsi Türkmənçay müqaviləsinin 15-ci maddəsində göstərilməkdə və dəstəklənməkdə idi. 1828-ci ilin mart ayının 20-də I Nikolay bu müqaviləni təsdiq etdi və martın 21-də isə erməni vilayətinin yaradılması haqqında qərar imzalandı [137, 75].
Biz ermənilərin İrandan köçürülməsi ilə əlaqədar digər mənbəyə müraciət etsək: “Ermənilər əsas olaraq müsəlman zənginlərinin torpaqlarına köç etdirilirdilər” [130, 59-60]. 20 mart 1828-ci ildə İrəvan-Naxçıvan xanlıqlarının ərazisi erməni vilayəti elan edilərkən 1114 kənddən ancaq 62-si erməni kəndi idi. Dağıdılmış, əhalisi qırılmış 359 müsəlman kəndində ermənilər məskunlaşdırıldı. Bunun nəticəsidir ki, artıq 1918-ci ildə bu ərazidə yaşayan əhalinin sayı ermənilər 775, azərbaycanlılar 575 min nəfər təşkil edirdi [137, 7].

“Biz 1828-1830-cu illərdə Zaqafqaziyaya 40 mindən çox fars, 84 min türk ermənisi köç etdirdik. Onları ermənilərin az olduğu Yelizavetapol və İrəvan vilayətlərindəki ən yaxşı torpaqlarda yerləşdirdik”. Bu ermənilər Yelizavetpol vilayətinin dağlıq hissəsində və Göyçə (Sevan) gölünün sahillərində yerləşdirilmişlər. Köç edənlərin sayı rəsmi yazılarda 124 min olsa da, əslində isə 200 mini keçmişdi. Köç edənlərin çoxu Qarabağın dağlıq qisminə yerləşdirildi. Mənbələrdə ermənilərin strateji bölgələrə yerləşdirilməsi çarlığın siyasi məqsədi kimi ifadə edilir. Görüldüyü kimi, bir tərəfdən ermənilər xəyanətkarlıqla məşğul olur, digər tərəfdən terror qrupları tərəfindən göstərdiyi şiddət əvəzində ruslar tərəfindən mükafatlandırılaraq, siyasi çevrələrdə isə gerçəklər zavallı ermənilər adı altında pərdələnir, azərbaycanlılar, yerlərindən köç etdirilərək ermənilərlə əvəz edilir. Vaxtı ilə əhalinin 75-80 faizi azərbaycanlılar olan indiki Ermənistanda bu millətin bir nəfər nümayəndəsi qalmamışdır. “Zavallı” ermənilərin bu əməlləri soyqırım adlandırılmır.
Erməni mənbələri ilə fikrimizi əsaslandırsaq, Zaven Korkodyan yazır ki, Qəmərlidə olan 102 kənddən 94-də Eçmiədzində olan 71 kənddən 67-də azəri türkləri yaşayırdı. Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra bu rəqəm köklü sürətdə dəyişilmişdi. Sovet hakimiyyəti qurulduqdan sonra Qəmərlidəki 102 kənddən 75-də, Eçmiədzində isə 71 kənddən 52-də azəri türkləri yaşayırdı [35, 74]. Əgər Ermənistan Ensiklopediyasına diqqət etsək, fikirlərimizi əsaslandıracaq çox sayda faktların olduğunu görə bilərik.

Beləliklə, məlum faktları sırası ilə yazsaq, 1813-1828-ci ilə qədər Azərbaycanın sahəsi təxminən 4102 min km olub.
1918-ci ildə Rusiyanın təzyiqi ilə ermənilərə verilmiş keçmiş İrəvan xanlığının sahəsi 92 min km idi. Məhz Daşnak Ermənistanı bu sahədə hakimiyyətə gəlmişdi.

1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikası rus Sovet imperiyası tərəfindən işğal edildi. Ermənistan Sovet Sosialist Respublikasının qismən nəzarətinə verilən Zəngəzur, Göyçə, Şərur, Dərələyəz, Dilican və Gürcüstanın qismən nəzarətinə verilən Borçalı ilə birlikdə 27,52min km sahə Azərbaycandan qoparıldı.

1920-1991-illərdə SSRİ əsarətində olan Azərbaycan Sovet Sosialist Respub­likasının ərazisi 86,62 min km olub.
Yuxarıda deyilənlərdən görünür ki, XIX-XX əsrdə ardı-arası kəsilməyən hücumlar nəticəsində indiki Ermənistan ərazisindən milyonlarla Azərbaycan Türkü çıxarılıb didərgin salındı, böyük bir qismi vəhşicəsinə, qəddarlıqla məhv edildi. Bir faktı demək kifayətdir. “Daşnaksütunun 30 aylıq ağalığı dövründə azərbaycanlı əhalisinin əlində olan torpağın 60 faizi müsadirə edilmişdir” [131, 80]. Azərbay­canlılara qarşı edilən qırğın müxtəlif şəkillərdə gerçəkləşdirilmişdir. Vardenis (keçmiş Basarkeçər rayonu) xəstəxanasının baş həkimi Ağvan Nersesyan “Vardenis” qəzetindəki müsahibəsində 100 azəri türkü oğlan uşağını öldürdüyünü ifadə etdiyi zaman, azərbaycanlıların etirazı Sovet tərəfindən ört-basdır edilmişdir [86].
Çoxsaylı faktlardan göründüyü kimi, Abel Aqanbekyanın Fransanın “Ľ Huma­nite” qəzetinə verdiyi müsahibə zamanı dünya ictimaiyyəti Azərbaycanın tarix boyu uğradığı haqsızlıqdan xəbərsiz idi. Azərbaycan isə elə bir siyasi blokada altında qalmışdır ki, hətta ermənilər “işğala uğramışlar” propaqandası ilə də dünyanı aldatmaqda idilər. Sovet hakimiyyətinin qurulduğu illərdə Qarabağdan başqa İrəvan xanlığı erməniləşdirilmiş, əhali Muğan, Sibir və s. yerlərə sürgün edilərək, ermənilərə istənilən şərait yaradılmış və köç adı ilə sürgün edilən azərbaycanlıların Qarabağa yerləşdirilməsinə imkan verilməmişdir.
Qarabağın muxtariyyət alması çirkin siyasətin I hissəsi olaraq tamamlanmış, Sovet hökumətinin dağılmasına doğru Qarabağın Ermənistana birləşddirilməsi məsələsi II hissənin ortaya çıxması ilə “tamamlanmışdı”.

1804-cü ildə 4336 ailəyə sahib İrəvanın 3226 ailəsi azərbaycanlılardan ibarət olmuşdur. Digər millətlərlə müqayisə etdikdə isə ermənilər bu tarixdə əhalinin 1%-ni təşkil edirdilər [34, 42]. 1831-ci ildə indiki Sisyan rayonu ərazisində cəmi 276 nəfər erməni olub [34, 5]. Tarixi ardıcıllıqla Qərbi Azərbaycan (indiki Ermənistan) üzrə statistik rəqəmlərə müraciət etsək, indiki Ermənistan ərazisində 1850-ci ildə 76% azərbaycanlı (Qriboyedov köçürülməsindən sonra), 24% erməni və qeyri-millət, XX əsrin əvvəllərində 45% türk, 55% erməni olduğu halda, 1990-cı ildə 1% qeyri-millət vardı. Ermənilərin sözü ilə desək, “Türksüz Ermənistan” yaradılmışdır [34, 12]. SSRİ-nin qurulduğu vaxtda Basarkeçər rayonunda 3 erməni ailəsi (bəzi mənbələrdə 9 nəfər göstərilir [34, 25], 1990-cı ildə isə indiki Ermənistanda 1 nəfər belə azərbaycanlı qalmamışdı:
Bu xəbər oxucular tərəfindən 1141 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed