Şrift:
Nazir müavini Kürdəmir rayonunda vətəndaşların müraciətini dinləyəcək
17.08.2022 [06:58] - Gündəm, Sosial
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov avqustun 26-da Kürdəmir rayonunda həmin rayonun sakinlərinin müraciətini dinləyəcək.

Həmin gün vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, vətəndaşlar avqustun 17-dən 23-dək nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar əvvəlcədən tərtib edilmiş siyahı əsasında dinləniləcəklər.
Bu xəbər oxucular tərəfindən 1567 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed