Şrift:
Bu il Şəkinin üzüm bağlarından 4 min tonadək məhsul gözlənilir
19.08.2022 [06:38] - Gündəm, İqtisadiyyat
Şəki rayonunun təsərrüfatlarında üzüm yığımına başlanılıb. Hələlik bağlardan əsasən süfrə üzüm sortları tədarük olunur. Tezliklə texniki sortların da yığımına başlanılacaq. Məhsul istehsalçıları ilk günlərdə bağlardan 70 tonadək üzüm yığıblar. İstehsal olunan məhsul satış üçün əsasən daxili bazarlara göndərilir.

Bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hazırda rayonda 307 hektar barverən üzüm bağı var. Bu bağların böyük hissəsi Şəkikənd və Cəyirli kəndlərinin ərazilərində yerləşir. Builki mövsümdə Şəkinin üzüm bağlarından 4 min tonadək məhsul gözlənilir. Ötən il rayonda 3978 ton üzüm istehsal olunub.
Bu xəbər oxucular tərəfindən 1503 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed