Şrift:
Yaponiya mübahisəli adalar ətrafında tədqiqatlara görə Cənubi Koreyaya etirazını bildirib
19.08.2022 [06:41] - Xəbərlər, Siyasət
Yaponiya hökuməti Yapon dənizindəki mübahisəli Takeşima adaları ətrafında tədqiqatlar aparılmasına görə Cənubi Koreyaya etirazını bildirib.

Bu barədə NHK telekanalı məlumat yayıb. Qeyd edilir ki, Yaponiya Sahil Mühafizəsi Xidmətinin gəmisi həmin adalar ətrafında dənizin dibinə kabel yerləşdirən Cənubi Koreya tədqiqat gəmisini müşahidə edib. Bununla əlaqədar rəsmi Tokio diplomatik kanallar vasitəsilə Seula etirazını bildirib.

“Yaponiyanın məxsusi iqtisadi zonasında bizim razılığımız olmadan elmi tədqiqat işlərinin aparılmasını yolverilməz hesab edirik və buna görə də işin dayandırılmasını tələb edirik”, - deyə Yaponiya XİN-nin Asiya və Okeaniya departamentinin direktoru Takehiro Funakoşi bildirib.

Qeyd edək ki, Takeşima adaları Koreya yarımadasının şərqində yerləşir və ümumilikdə 0,188 kvadrat kilometr sahəyə malikdir. Bu adalar 1945-ci ildə Koreya Yaponiya işğalından azad edildikdən sonra beynəlxalq mübahisə obyektinə çevrilib. Hazırda adalar Cənubi Koreya silahlı qüvvələrinin nəzarəti altındadır.
Bu xəbər oxucular tərəfindən 563 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed