19.08.2022 [07:11] - Xəbərlər, Sosial
"Şuşa İli" çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı" adlı layihə çərçivəsində növbəti təqdimatlardan biri ecazkar səsi, son dərəcə məlahətli səhnə görkəmi ilə uzun illər ürəkləri fəth etmiş "Azərbaycan səhnəsinin Cülyettası" adlandırılan Barat xanım Şəkinskayaya həsr olunub
Təqdimatda Barat Şəkinskayanın həyat və yaradıcılığı haqqında məlumat verilir.
Barat Həbib bəy qızı Şəkinskaya 1914-cü il iyunun 28-də Şuşada bəyzadə ailəsində anadan olub. Nəsillərin bir qolu Şəki xanları ilə bağlı olduğuna görə "Şəkinskaya" soyadını götürüblər. Barat xanım ilkin təhsilini Şuşada alıb. Gəncəyə köçəndə, 1923-cü ildə oradakı 2 saylı qız məktəbində oxuyub. 13 yaşından Gəncə Qadınlar Klubunun dram dərnəyində iştirak edib. İki il sonra Bakıya gəlib və Milli Dram Teatrı kollektivinə daxil olub.
Onun zəngin yaradıcılığının əsas dövrü Akademik Milli Dram Teatrı ilə bağlıdır. Bu teatra ilk gəlişində "Romeo və Cülyetta" lirik məhəbbət faciəsində "Cülyetta" kimi möhtəşəm rolu oynayan aktrisa bir-birinin ardınca Şekspirin "Kral Lir", "Otello", K.Simonovun " Bizim şəhərli oğlan", M.Qorkinin " Zıkovlar" və s. pyeslərinin tamaşalarında əsas rolların ifaçısı olub. Aktrisa, həmçinin çoxlu uşaq rolları da oynayıb. Daha sonra dörd il “Azərbaycanfilm” kinostudiyasında aktrisa, filarmoniyada aparıcı, yenicə açılan televiziyada diktor işləyib.
Səs tembrinin titrək lirizmi, səmimi romantikası, real çalarları heç vaxt dəyişməyib. 1940-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1949-cu ildə isə Xalq artisti fəxri adlarına layıq görülüb. Ömrünün 85-ci ilində 1999-cu il yanvarın 13-də dünyasını dəyişmiş aktrisa Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub.

Bu xəbər oxucular tərəfindən 1675 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |