20.08.2022 [06:06] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Ermənistan bu ölkənin Milli Təhlükəsizlik Xidmətinin təklif etdiyi layihəyə əsasən Azərbaycanla sərhəddə 3 keçid məntəqəsi açacaq.
Təklif olunan dəyişikliklərə əsasən, avtomobillər üçün sərhəd-keçid məntəqələrinin sayı artırılacaq.
O cümlədən, Ermənistan-Azərbaycan dövlət sərhədində buraxılış məntəqələrinin açılması təklif edilir. Layihənin əsaslandırılmasında qeyd edilib ki, layihənin qəbulu baş nazir Nikol Paşinyanın avqustun 4-də hökumətin iclasında verdiyi tapşırıqların yerinə yetirilməsi zərurəti ilə bağlıdır.
Avqustun 4-də Paşinyan Ermənistanın bu gün də Azərbaycanla onun Naxçıvan Muxtar Respublikası arasında rabitəni təmin etməyə hazır olduğunu bəyan edib. Yoxlama məntəqələri aşağıdakı ərazilərdə quraşdırılacaq:
"Sotk" ("Kəlbəcər"), Geqarkunik rayonu (Kəlbəcər rayonu)
"Yerasx" ("Sədərək"), Ararat rayonu (Sədərək rayonu)
“Karaunc” (“Eyvazlı”), Sünik rayonu (Qubadlı rayonu).
Sülh sazişi imzalanmadan, yəni sərhədlərin dəqiqləşməsi ilə bağlı proses rəsmən təsdiqlənmədən Ermənistanın bu addımı Azərbaycanın irəli sürdüyü şərtləri və ən əsası, ərazi bütövlüyümüzü qəbul etdiyi anlamına gələ bilərmi?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, burada Azərbaycanın ciddi təzyiqlərinin nəticəsi görsənir: “Ermənilərdən əməli addımların gözlənilməsini biz Prezidentin də dilindən eşitdik. İsmayıllıda verdiyi müsahibıdə Prezident dedi ki, biz Ermənistandan real addımlar gözləyirik. Bununla yanaşı, Ermənistanın özünün də açılımlara çox böyük ehtiyacı vardı. Bunlar nə qədər qapalı vəziyyətdə qalacaqlar? Açığını deyim ki, həm də sosial təlatümlərdən qorxurlar. Gördülər ki, logistik məsələlərlə bağlı Qərbin də mövqeyi Azərbaycanla üst-üstə düşür. Bilirlər ki, Rusiyanın da bu məsələdə mövqeyi Azərbaycana yaxındır. Dərin qatlarda daha ciddi geriçəkilmələrə hazırlaşırlar. Sadəcə bunu etaplarla edirlər. Bu bəyanatla həm də ictimai rəylərini zondaj edirlər. Hesab edirəm ki, həm noyabr bəyanatında göstərilən şərtlər, həm də bizim sonradan qaldırdığımız məsələlər Ermənistan tərəfindən qəbul ediləcək. Bütün bunları Ermənistan Azərbaycanın sülhə məcburetmə addımlarından çəkinərək edir. Son hadisələrdən gördülər ki, Azərbaycan onların təxribatına artıqlaması ilə cavab verir. Bu səbəbdən də, Ermənistan bilir ki, Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa çarəsi yoxdur. Baş verənləri ölkəmizin uğuru saya bilərik”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 710 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |