Şrift:
Avropada min kubmetr qazın qiyməti 2800 dolları ötüb
22.08.2022 [07:43] - Xəbərlər, İqtisadiyyat
Avropada bu gün keçirilən hərracın gedişində təbii qazın min kubmetrinin qiyməti 13 faiz artaraq martın əvvəlindən bəri ilk dəfə 2800 dolları ötüb.


Londonun ICE birjasının məlumatına görə, Niderlanddakı TTF habında min kubmetr qazın sentyabr fyuçersinin qiyməti 2862 dollara qədər yüksəlib. Qiymət artımı “Şimal axını” kəməri ilə qaz nəqlinin təmirlə əlaqədar üç sutkalıq dayandırılacağı barədə məlumatlar fonunda baş verir.

Qazprom ötən həftə elan edib ki, işlək vəziyyətdə olan yeganə qaz nasos qurğusunun təmiri ilə əlaqədar avqustun 31-dən sentyabrın 2-dək “Şimal axını” ilə qaz nəqli tamamilə dayandırılacaq.

Qiymətlərə Asiyada qazın spot qiymətın artımı, Norveçdə avqustun sonunadək planlı təmirlə əlaqədar bir sıra obyektlərdə qaz hasilatı və nəqlinin dayanması, habelə Avropada temperaturun yüksəlməsi və külək generasiyasının azalması da öz təsirini göstəri
Bu xəbər oxucular tərəfindən 1414 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed