23.08.2022 [07:04] - Xəbərlər, Hərb
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) 12 nəfər sahə əməkdaşına Təlim və metodoloji təminat şöbəsinin mütəxəssisləri tərəfindən Beynəlxalq Minatəmizləmə Standartlarına (IMAS) əsasən EOD-1 “Partlayıcı sursatların məhvedilməsi” təlimi keçirilib.
ANAMA-dan bildirilib ki, üç həftə davam edən təlimlər zamanı mina və partlamamış hərbi sursatlarla davranış, təhlükə dərəcəsinə görə qiymətləndirmə, onların daşınması, partlayıcı maddələrlə tanışlıq, elektrik və qeyri-elektrik üsullarla zərərsizləşdirmə metodları, eləcə də bu istiqamətdə hesabatların tərtibatı üzrə bilik və bacarıqlar tədris edilir.
Nəzəri təlimləri əhatə edən iki həftəlik dərslər Agentliyin Göygöl Regional Mərkəzində, qabaqcıl təcrübə və metodların tətbiqi imkanlarından ibarət praktiki dərslər isə Horadiz Regional Mərkəzində təşkil edilib.
Müəyyən olunan qiymətləndirmə meyarları üzrə əməkdaşlar təlimləri müvəffəqiyyətlə başa vurub, “Partlayıcı sursatların məhvedilməsi” üzrə sertifikat əldə edib. Növbəti addım olaraq, əməkdaşlar partlayış qruplarının tərkibinə təhkim edilərək, əməliyyat zamanı aşkar edilən mina və partlamamış hərbi sursatların keçirilən EOD-1 səviyyəsinə uyğun olaraq tək-tək partlayış yolu ilə zərərsizləşdiriləməsini həyata keçirəcək.
Qeyd edək ki, ANAMA-nın sahə əməkdaşlarının mütəmadi olaraq ixtisasartırma təlimlərinə cəlb edilməsi kadr potensialının gücləndirilməsində, eləcə də Qarabağda aparılan təmizləmə əməliyyatlarının miqyasının artırılmasında mühüm rol oynayır.

Bu xəbər oxucular tərəfindən 1667 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |