Şrift:
Oman enerji sektorunda Türkiyə ilə sıx əməkdaşlıq edəcək
24.08.2022 [06:06] - Xəbərlər, Türk dünyası-Turan
Muskatda səfərdə olan Türkiyənin enerji və mineral ehtiyatlar naziri Fatih Dönməzin omanlı həmkarı Salim bin Nasser A-Aufinin görüşündə iki ölkə arasında enerji sektorunda əməkdaşlığın inkişafı məsələləri müzakirə olun

Rəsmi ONA agentliyinə istinadla xəbər verir ki, görüşdə Omanın neft-qaz sektorunda Türkiyənin daha fəal iştirakı ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər qeyd ediblər ki, türk şirkətləri tərəfindən bu sahəyə investisiya qoyulması istiqamətində danışıqlar aparılır. Bundan başqa, Türkiyə və Oman bərpa olunan enerji istehsalı üzrə də sıx əməkdaşlıq edəcəklər.

Qeyd edək ki, gündəlik 1 milyon barel neft hasil edən Omanda BP şirkəti də daxil olmaqla, BƏƏ və digər ölkələrin enerji kompaniyaları fəaliyyət göstərir. Sultanlıqda, eyni zamanda, böyük neft emalı zavodu da var.

Türkiyənin enerji və mineral ehtiyatlar naziri Körfəzin digər ərəb ölkələrində də görüşlər keçirəcək.
Bu xəbər oxucular tərəfindən 1704 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed