Şrift:
Aktauda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbirlər keçiriləcəkdir
15.01.2013 [09:42] - Xəbərlər, Diaspor
Azərbaycanın Aktaudakı baş konsulluğu bu şəhərdə 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirəcəkdir.
Baş konsulluğun konsulu Elxan Zeynalov müxbirimizə demişdir ki, yanvarın 18-də konsulluqda azərbaycanlı tələbə-gənclərlə 20 Yanvar faciəsi qurbanlarının anma mərasimi keçiriləcəkdir. Bir gün sonra isə Konsulluq Məngistay vilayətində fəaliyyət göstərən “Dostluq” Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə 20 Yanvar faciəsi ilə bağlı mərasim təşkil edəcəkdir. Tədbirdə diasporumuzun üzvləri ilə yanaşı digər mədəniyyət mərkəzlərinin nümayəndələri də iştirak edəcəklər.
E.Zeynalovun sözlərinə görə, hər iki tədbirdə baş konsul Rəşad Məmmədov çıxış edəcəkdir. Tədbirlərdə 20 Yanvar faciəsini əks etdirən fotomateriallardan ibarət sərgi də nümayiş etdiriləcəkdir.
Diplomat bildirmişdir ki, Aktau şəhərinin ali təhsil müəssisələrində oxuyan azərbaycanlı tələbələr arasında vətənpərvərlik mövzusunda müsabiqə keçiriləcək, qaliblər mükafatlandırılacaqlar.
Bu xəbər oxucular tərəfindən 1085 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed