25.08.2022 [07:15] - Xəbərlər, Sosial
Təhsil İnstitutunun təşkilatçılığı ilə avqustun 26-da “İş dünyası və ali təhsildə trendlər” vebinarlar silsiləsi və Azərbaycan Texniki Universitetində “SABAH Magistratura” proqramı çərçivəsində “Bərpa olunan hidrogen və yeni təchizat zəncirinin yaranması” mövzusunda vebinar keçiriləcək.
İnstitutdan bildirilib ki, vebinarda spiker qismində Mert Çolakoğlu çıxış edəcək. O, bakalavr təhsilini 2006-2011-ci illərdə Türkiyənin Orta Şərq Texniki Universitetində sənaye mühəndisliyi ixtisası üzrə, magistratura təhsilini isə İstanbul Texniki Universitetində enerji elmləri və texnologiya ixtisası üzrə alıb, daha sonra isə İstanbul Texniki Universitetində enerji elmləri və texnologiya ixtisası üzrə doktorantura təhsilini tamamlayıb. M.Çolakoğlu Türkiyə və Niderlandın müxtəlif şirkətlərində fəaliyyət göstərib və bu sahədə 10 ildən çox təcrübəyə malikdir.
İngilis dilində keçiriləcək vebinar təhsil işçiləri, iş dünyasının nümayəndələri və tələbələr üçün nəzərdə tutulub.

Bu xəbər oxucular tərəfindən 1667 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |