Şrift:
Şah İsmayıl Xətainin adı xalqımızın yaddaşına qüdrətli sərkərdə, şair kimi həkk edilib
26.08.2022 [06:26] - Xəbərlər, Siyasət
Şah İsmayıl Xətai məğrur, azad fikirli, öz qüdrətinə inanan bir sərkərdə, həqiqət yolundan zərrə qədər kənara çıxmayan nəcib insan idi. O həmişə xalqının rifahı üçün çalışıb, qurduğu qüdrətli dövlətin daim çiçəklənməsi üçün əlindən gələni əsirgəməyib.

Bu fikirlər Beyləqan rayon Mədəniyyət Mərkəzinin Eyvazalılar kənd sənətkarlıq klubunun və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Eyvazalılar kənd kitabxana filialının birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli dövlət xadimi, şair Şah İsmayıl Xətainin 535 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə səsləndirilib.

Tədbirdə çıxış edənlər Şah İsmayıl Xətainin həyat və yaradıcılığı haqqında geniş məlumat veriblər. Bildirilib ki, Şah İsmayıl Xətainin apardığı müharibələr onun vahid Azərbaycan dövləti yaratmaq arzu və istəyindən irəli gəlib. O, Azərbaycan dilini dövlət və şeir dilinə çevirib, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafı üçün əvəzolunmaz xidmətlər göstərib. Şah İsmayıl Xətainin adı xalqımızın yaddaşına qüdrətli sərkərdə, dövlət xadimi, şair kimi həkk edilib.

Tədbirin sonunda tələbə və məktəblilər şairin yaradıcılığından şeirlər söyləyiblər.

Sonda "İstedad" baxış müsabiqəsinin rəsm nominasiyası üzrə rayon turunun mükafatçısı Emilya Nəsirova tədbir boyu işlədiyi Şah İsmayılın tablosunu iştirakçılara təqdim edib.
Bu xəbər oxucular tərəfindən 462 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed