15.01.2013 [10:08] - Gündəm, Güney Azərbaycan xəbərləri
Yanvarın 13-də Ağ evin saytının “Biz xalqıq” səhifəsində ABŞ prezidenti Barak Obamanı İranda azərbaycanlıların hüquqlarının pozulması probleminə diqqət yetirməyə çağıran müraciət yerləşdirilib.
Müraciətdə bu tələblər yer alıb.
“Biz Obama administrasiyasını İran hökumətinin İrandakı azərbaycanlıların fundamental hüquqlarını pozduğunu tanımağa çağırırıq. Amerikanın Azərbaycan icması olaraq Obama administrasiyasından xahiş edirik ki, İran hakimiyyətinin bu ölkədəki etnik və digər azlıqların fundamental hüquqlarını daim pozduğunu tanısın.
İran hakimiyyəti azərbaycanlılara öz doğma dillərində təhsil almaq, Azərbaycan dilində azad mediaya malik olmaq, öz mədəni ənənələrini həyata keçirməyə imkan yaratmaqdan imtina edir. Bu cür məsələləri qaldırmaq istəyənlər isə təqiblərə, həbs cəzalarına, işgəncə, hətta ölüm hallarına məruz qalır. Bİz həmçinin xahiş edirik ki, Obama administrasiyası azərbaycanlıların məsələsini İran haqqında məsələlərin gündəliyinə daxil etsin”.
Qaydalara görə, Ağ evin saytında müraciəti ABŞ-da yaşayan vətəndaşlar yerləşdirə bilər. Əgər bir ay ərzində müraciəti 25 min adam dəstəkləyərsə, sənəd baxılmaq üçün administrasiyaya təqdim olunur.

Bu xəbər oxucular tərəfindən 913 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |