31.08.2022 [08:06] - Xəbərlər, İqtisadiyyat
ANM Exhibitions (1965-ci ildə Hindistan hökuməti, Ticarət Nazirliyi tərəfindən yaradılıb) Hindistan İxrac Təşkilatları Federasiyası və Hindistanın Bakıdakı səfirliyi ilə birgə sentyabrın 2-dən 12-nə kimi səhər saat 11:00-dən axşam saat 19:00-dək Bakı İdman Sarayında Best of India - Hindistan məhsullarının ən böyük eksklüziv Ticarət Sərgisini təşkil edir. Hindistanın Azərbaycandakı səfirliyind bildirilib ki, xarici ölkələrdə ardıcıl olaraq təşkil olunan bu sərgi, Hindistan sənayesinin yüksək keyfiyyətli dəb, tekstil və həyat tərzi məhsullarını dünyaya tanıdır.
Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Vinay Kumar bildirib ki, “Best of India” sərgisinin doqquzuncu buraxılışı olacaq builki sərgidə özünün düyü, çay, ədviyyat, hədiyyələr, əl işləri, ev mebeli kimi yüksəkkeyfiyyətli məhsul və xidmətlərini nümayiş etdirəcək Hindistanın 65-ə yaxın şirkəti iştirak edəcək.
V.Kumarın sözlərinə görə, tədbirin əsas marağı sərginin ilk üç günü saat 13:00-dan saat 16:00-a qədər davam edəcək “Hindistan yaradıcılığı səhnədə” eksklüziv canlı dəb nümayişi olacaq. Bütün bunlar ziyarətçilər üçün ödənişsiz təqdim olunacaq. Ziyarətçilər tədbirin davam etdiyi günlər ərzində istənilən vaxt Hindistan səfirliyinin stendində ödənişsiz olaraq Hindistan çayını dada bilərlər. Bundan əlavə, tədbir zamanı böyük LED ekranda Hindistanın turizm, mədəniyyət və investisiya imkanlarının təbliğatı məqsədilə Azərbaycan dilində subtitrlərlə videoların fasiləsiz nümayişi olacaq.
V.Kumar vurğulayıb ki, tədbirdə biznes və ticarətlə yanaşı, zəngin Hindistan mədəni irsinin nümunələri - xalq rəqsləri, Bollivud mahnılarının ifaları, ənənəvi alətlərdə ifa, xına (Mehndi) sənəti və s. vasitəsilə təmsil olunması da diqqət mərkəzində olacaq və bu da öz növbəsində “Best of India” tədbirinə əlavə dəyər qatacaq. Sərgiyə giriş ödənişsizdir.
Müvəqqəti işlər vəkili V.Kumar, həmçinin qeyd edib ki, Hindistan və Azərbaycan arasında tarixi əlaqələrə əsaslanan sıx dostluq münasibətləri mövcuddur. 2022-ci ilin yanvar-iyul aylarında Hindistan və Azərbaycan arasında ümumi ikitərəfli ticarət dövriyyəsi ötən ilə nisbətən 169,1 faiz artaraq 1,184 milyard ABŞ dolları təşkil edib. Bundan başqa, Hindistan və Azərbaycan arasında Hindistan Texniki və İqtisadi Əməkdaşlıq (ITEC) proqramı çərçivəsində də genişlənməkdə olan əməkdaşlıq mövcuddur. Bu proqram Azərbaycanın təcrübəli mütəxəssislərin və tələbələrin potensiallarının artırılması üçün Hindistan dövlət qurumlarında bütün xərcləri qarşılanan təlim proqramları ilə təmin edir.
Ətraflı

Bu xəbər oxucular tərəfindən 1277 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |