31.08.2022 [17:56] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş katibi və SSRİ-nin ilk və son prezidenti Mixail Sergeyeviç Qorbaçovun dövlət səviyyəsində təşkil olunacaq dəfn mərasimi ilə bağlı hələ ki, qərar qəbul edilməyib.
Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib. “Hazırda sizə dəqiq cavab verə bilmərəm. Bu gün məsələ ilə məşğul olacaqlar. Hələ ki, heç bir qərar qəbul edilməyib. Bu məsələdə səbrli olmaq lazımdır”, – Rusiya prezidentinin mətbuat katibi deyib. Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçov isə deyib ki, Qorbaçovun yürütdüyü siyasətin ziddiyyətli nəticələrinə baxmayaraq, onun ölümü bütün ölkə üçün böyük bir faciədir. Qeyd edək ki, SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçov avqust ayının 30-da 92 yaşında vəfat edib. Xəstəxananın yaydığı məlumata görə, onun ölümü ağır və uzun sürən xəstəlikdən sonra baş verib. Rusiya Federasiyasının prezidenti Vladimir Putin Qorbaçovun ölümü ilə bağlı başsağlığı verib.
Mixail Qorbaçov Moskvada Novodeviçi qəbiristanlığında, həyat yoldaşının yanında dəfn olunacaq. Məlumata görə, həyat yoldaşının yanında dəfn olunmaq M.Qorbaçovun arzusu olub.
Çox maraqlıdır ki, Qarbaçovun ölümünə Azərbaycanda heyfsilənənə rast gəlmək olmur. Sosial şəbəkələrin bizə aid seqmentində Qarbaçovun ölümünə kənədrlənəndən daha çox sevinənlərə rast gəlirik. Hətta ölüm belə, Azərbaycan xalqının qəlbində Qorbaçova olan nifrəti soyuda bilməyib. Ölkəmizdə ona bəslənən bu dərəcədə nifrət nə ilə bağlıdır?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Qorbaçova Azərbaycan xalqının münasibəti başqa cür ola da bilməzdi:
“O, imperiyanın başında duran adam kimi Azərbaycanda 20 yanvar qanlı hadisəsinin baiskarlarından biridir. Azərbaycan xalqı qanla qaldırdığı müstəqillik bayrağı ilə bağlı tarixi heç vaxt unutmayacaq. SSRİ-nin dağılmalı olduğu bir ərəfədə Qorbaçov tam fərqli qərarlar da qəbul edə bilərdi. Yəni o, ölkəyə rəhbərlik edən şəxs kimi bu qırğınların olmaması üçün çox sakit qərarlar qəbul edə bilərdi. Bənzər hadisələr başqa sovet respublikalarında da oldu. Azərbaycan xalqı haqlı olaraq belə mövqeyi bölüşür. Mən prezidentliyə namizəd olanda dedim ki, ölkə başçısı olacağım təqdirdə əli Azərbaycan vətəndaşlarının qanına batan şəxslərin bizim legetim orqanlarımız tərəfindən dünyanın harasında olursa-olsun infaz edilməsinə çalışacam . Dünyada bu praktika var. İsrail idmançılarını öldürənlərə qarşı həmin ölkə belə addımlar atdı. Biləcəkdilər ki, bizim millətə qarşı edilən qəddarlıq cavabsız qalmır. İctimai rəydə belə münasibətin olmağını mən fərəh hissi ilə qarşılayıram. Bir də bizim başımıza gətirilən Qarabağ probleminin ideoloji bazası da Qorbaçov və onun ətrafı tərəfdən hazırlanıb. Yazov Bakıya gələndə açıq deyirdi ki, gedirəm Xalq Cəbhəsinin strukturlarını dağıtmağa. Demirdi ki, gedirəm cinayətkar tutmağa. Planlı şəkildə bizə təzyiqlər edirdilər. Azərbaycanın bir hissəsini də ermənilərə peşkəş etmək yolunu tutmuşdular. Belə bir adam, təbiidir ki, nifrətlə qarşılanacaq”.
Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com

Bu xəbər oxucular tərəfindən 803 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |