Şrift:
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 9 santimetr azalıb
02.09.2022 [07:47] - Gündəm, Hadisə
Sentyabrın 2-də Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayın Ağbaşlar məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb, Şəmkirçayın Qalakənd, Gəncəçayın Zurnabad, Kürəkçayın Çaykənd, o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı, Qusarçayın Kuzun və Lənkəran-Astara bölgəsindən axan Lənkərançayın Sifidor və Viləşçayın Şıxlar məntəqələrində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Təngərüdçayın Vaqo məntəqəsində isə suyun səviyyəsində 1 santimetr azalma müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 9 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 108 kubmetr təşkil edir ki, bu da ongünlük normanın 89 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 38 faiz çoxdur.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 10 kubmetr/saniyəyə bərabərdir. Bu da ongünlük normanın 14 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 122 faiz çoxdur.

Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 2 santimetr artaraq 386 santimetr, su sərfi isə 143 kubmetr/saniyə olub, Şirvan məntəqəsində suyun səviyyəsi 2 santimetr artaraq 171 santimetr təşkil edib, Bankə məntəqəsində isə suyun səviyyəsi 1 santimetr azalaraq 84 santimetrə, su sərfi 16,8 kubmetr/saniyəyə bərabər olub.
Bu xəbər oxucular tərəfindən 3582 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed