02.09.2022 [12:38] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
NATO Müttəfiq Quru Komandanlığı dünən 30 avqust Türkiyənin Zəfər Bayramı səbəbiylə sosial media hesabında paylaşdığı təbrik mesajını silib. Bundan əvvəl təbrik mesajı NATO-nun rəsmi "Twitter" hesabından da silinib.
Qeyd edək ki, NATO-nun təbrik mesajından sonra yunan mediasında qərəzli yazılar dərc edilib. Görünür, bu amil NATO-nu sosial mediada paylaşdığı təbrik mesajını sonradan silməyə vadar edib. Bu isə Türkiyənin müstəqilliyinə hörmətsizlik olmaqla yanaşı, həm də müttəfiqlik münasibətlərinə ziddir.
Türkiyəyə qarşı edilən bu hörmətsizliyi Qaynarinfo-ya açıqlamasında şərh edən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev türk dünyasını NATO-ya qarşı ictimai qınaq reaksiyalarına çağırıb:
"NATO-nun Türkiyəyə qarşı bu hərəkəti qurumun həyata keçirdiyi müttəfiqlik münasibətlərinə daban-dabana ziddir. Türkiyə ilə Yunanıstanı eyni tutmaq mümkün deyil. Türkiyə NATO-nun cənub qalasıdır. İndi qurumda ən böyük ikinci orduya malik dövlətdir. Türkiyə üzərindən NATO faktiki olaraq Orta Asiya, Azərbaycanla başqalarına nisbətən daha yaxşı təmasda ola bilir. Fransa-Almaniya-Polşa-Ukrayna xəttinin ardınca Türkiyəyə daxil olmaqla böyük bir türk xətti gəlir. Bu mənada da Ankaranın qurum üçün mühüm əhəmiyyəti vardır. İkinci bir tərəfdən, Rusiyaya sanksiyaların tətbiqi fonunda Avropanın açılımlara ehtiyacının təminində də Ankaranın rolu böyükdür. Yunanıstanla münasibətlərdə Türkiyə həm də haqlı tərəfdir. Afina aqressiv şəkildə Türkiyəyə qarşı yersiz iddialarla çıxış edir.
Ona görə də ilk növbədə siyasi və hərbi baxımdan NATO-nun həmin yersiz hərəkəti doğru deyil. Bu, həm də müttəfiqlik münasibətlərinə uyğun hal deyil. Təbrik mesajını Afinanın təhrikiylə siliblərsə, sabah Yunanıstan tərəfindən Türkiyəyə qarşı hər hansı bir formada təpki olarsa, NATO-nun məhz birincinin mövqeyindən çıxış edərək ona ciddi dəstək verə biləcəyi də gözləniləndir. Ona görə də Türk Dövlətləri Təşkilatında daha sıx birləşməli, həmin platformanı siyasi, hərbi müstəviyə keçirməliyik. NATO-ya qarşı ictimai qınaq reaksiyaları olmalıdır”.
Rüfət Sultan/qaynarinfo.az

Bu xəbər oxucular tərəfindən 717 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |