15.01.2013 [10:34] - Gündəm, Hərb
Türkiyə Jandarma Qüvvələri Baş Komandanı, ordu generalı Bəkir Kalyoncunun Azərbaycana səfərinin tarixi bəlli olub.Məlumata görə, general B. Kalyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya yanvarın 24-də gələcək. İki gün davam edəcək səfər yanvarın 26-da başa çatacaq.
B. Kalyoncu yanvarın 25-də Bakıda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatının Bakıda keçiriləcək təsis toplantısında iştirak edəcək.
Bundan başqa, general B. Kalyoncu səfər çərçivəsində Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında olacaq. Türkiyə nümayəndə heyətinin Azərbaycanda bir sıra görüşləri də planlaşdırılır.
Qeyd edək Ki, Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatının Bakıda keçiriləcək təsis toplantısında Qazaxıstan Daxili Qoşunlarının komandanı, general-mayor Ruslan Jaksılıkovun, Qırğızıstan Daxili Qoşunlarının komandanı, polkovnik Sovetbek Arbayevin və Monqolustandan müvafiq qurumunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyətlərinin iştirakı gözlənilir. Toplantıda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatının yaradılması elan ediləcək, həmçinin rəhbər strukturlar formalaşdırılacaq.
Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatının yaradılması barədə niyyət protokolu 2011-ci ilin iyun ayında imzalanıb.

Bu xəbər oxucular tərəfindən 972 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |