Şrift:
İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə soydaşımızın namizədliyi irəli sürülüb
05.09.2022 [06:48] - Xəbərlər, Siyasət
Sentyabrın 11-də İsveçdə Krallığında Riqsdaqa keçiriləcək seçkilərdə bu ölkədə yaşayan azərbaycanlılar da öz namizədliklərini irəli sürüblər.

Səsvermədə 349 üzvü olan Riksdaqa deputatların seçilməsi ilə yanaşı, 20 əyalət şurasına və 290 yerli bələdiyyə məclisilərindəki yerlərə də namizədlər seçiləcək.

Bu seçkilərdə İsveçdə yaşayan azərbaycanlı icmasının üzviləri fəal iştirak etmək niyyətindədir.

Sosial-demokratlar Partiyasından Jönşöping bölgəsindəki regional parlamentin 4 çağırış deputatı İradə Əliyeva Söderberg öz namizədliyini növbəti dəfə irəli sürüb.

Sosial-demokratlar Partiyasından Höteborq Bələdiyyə parlamentinə namizədliyini isə digər həmyerlimiz Mahirə Muxtarova irəli sürüb.

Sosial-demokratlar Partiyasından digər həmyerlimiz Xalidə Mərafət, isə Stoholm ətraflı Huddinge bələdiyyə məclisinə namizədliyini verib.

Digər həmyerlimiz Duman Radmehr isə öz namizədliyini Vestra Hötaland bələdiyəsindən əyalət şurasına, Krallığın Mərkəz Partiyasından irəli sürüb.

İsveçin Mərkəz Partiyasından Partille şəhər bələdiyyə məclisinin üzvü və Höteborq bölgəsi üzrə Migrasiya və İnzibati məhkəmədə jurist kimi fəaliyyət göstərən Turan Əliyev isə öz namizədliyini həm Riksdaq, həm əyalət şurası həm də bələdiyyə məclisinə irəli sürüb.

Digər həmyerlimiz Aida Kərimli isə regional və ölkə parlamentinə öz namizədliyini Mərkəz Partiyasından irəli sürüb.

Qeyd edək ki, Riksdaqda Sosial-demokratlar Partiyasından deputat olmuş digər həmyerlimiz Aylin Fazelian də öz namizədliyini budəfəki seçkilərə yenidən verəcək.
Bu xəbər oxucular tərəfindən 590 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed