07.09.2022 [08:26] - Xəbərlər, Siyasət
Macarıstan Nazirlər Kabinetinin Sərəncamı ilə korrupsiyaya qarşı mübarizə və dövlət tədarüklərinin qiymətləndirilməsi sisteminin öyrənilməsi üçün ölkədə tezliklə müstəqil orqan yaradılacaq.
“Nepsava” nəşrinə istinadla xəbər verir ki, bu yenilik Macarıstan hökumətinin Avropa Komissiyası ilə danışıqların yekunu və Avrokomissiyanın Budapeştə müvafiq tədbirlər görməsi barədə verdiyi tövsiyədir. Buna cavab olaraq Brüssel Avropa İttifaqının fondlarından 5,8 milyard avro həcmində yardım vəd edib.
Nəşr hesab edir ki, əldə olunan güzəşt hökumətin yardım planını razılaşdırmaq və idarəolunmayan inflyasiya və yaxınlaşan iqtisadi böhran şəraitində İqtisadiyyatın Bərpası Fondundan vəsait almaq niyyəti ilə bağlıdır. Paket iki hissədən ibarətdir: qaytarılmayan maliyyə yardımı və güzəştli kreditlər.
Korrupsiyaya və mənafe münaqişələrinə qarşı mübarizə üzrə işçi qrupuna bərabərlik əsasında dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələri daxil ediləcək. İşçi qrupunun digər vəzifəsi dövlət tədarüklərinin qiymətləndirilməsi sisteminin yaradılması olacaq.

Bu xəbər oxucular tərəfindən 495 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |