Şrift:
Prezident İlham Əliyev: Biz azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi işinə Birləşmiş Krallığın verdiyi töhfəni yüksək qiymətləndiririk
07.09.2022 [08:28] - Xəbərlər, Siyasət
Hazırda işğaldan azad olunmuş ərazilərimizdə aparılan əsaslı bərpa və yenidənqurma işləri tərəfdaşlığımızın əhatə dairəsinin daha da genişlənməsi üçün əlverişli şərait yaradıb. Biz bu ərazilərin minalardan təmizlənməsi işinə Birləşmiş Krallığın verdiyi töhfəni yüksək qiymətləndiririk.

Bu barədə Azərbaycan Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri təyin olunması münasibətilə xanım Elizabet Trassa ünvanlandığı təbrik məktubunda bildirib.

Məktubda belə bir inam ifadə olunub ki, “xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, birgə fəaliyyətimizin dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik”.

Dövlətimizin başçısı Elizabet Trassa möhkəm cansağlığı, xoşbəxtlik, Birləşmiş Krallığın dost xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar dil
Bu xəbər oxucular tərəfindən 465 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed