09.09.2022 [07:01] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Ermənistandakı revanşist qüvvələrin ortaya atdığı təkliflər əsasında deyil, sağlam əməkdaşllğa meylli qüvvələrlə bu yöndə təmaslar qura bilərik”
Avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Belçika Krallığının paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
Budəfəki görüşdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması, münaqişə dövründə itkin düşmüş vətəndaşların axtarışı, ərazilərin minalardan təmizlənməsi, eləcə də nəqliyyat kommunikasiya vasitələrinin açılması kimi məsələlər müzakirə edilib və müvafiq razılaşmalar əldə olunub. Brüssel görüşündən sonra vətəndaş cəmiyyəti nümayəndələrinin, o cümlədən jurnalistlərin və deputatların görüşlərinin təşkil edilməsi təklifləri səsləndirilir. Hətta Azərbaycan və Ermənistan Parlamentlərarası İşçi Qrupunun yaradılması barədə fikirlər də var. Tərəflər arasında belə görüşlərin sülh prosesinə müsbət təsir göstərəcəyi ehtimal olunur.
Belə formatda əməkdaşlığın olacağı ilə bağlı Milli Məclisin bəzi deputatları da məlumat verib.
Bu cür qarşılıqlı əməkdaşlığın gələcək sülh prosesinə nə kimi faydası ola bilər?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə əməkdaşlıq formatlarını tərəflərə münaqişənin mövcud olduğu dönəmdə də təklif edirdilər: “Hətta bir neçə belə cəhdlər olsa da, uğursuz alındı. Hazırda bir qədər fərqli reallıqlar mövcuddur. Bir vaxt bizim üçün əlverişsiz olan bu təklif hazırda həyata keçirilə bilər. Hətta mən təpki göstərərək demişdim ki, bizim jurnalistlər gedib orada və ya onların jurnalistləri gəlib burada nə görəcək? Həmin vaxt belə təmaslar o vaxtkı “status-kvo”nun qorunmasına kömək edərdi. 44 günlük müharibədəki zəfərimizdən sonra yeni reallıqlar müəyyənləşdirmişik. Şərtlər və şərait bizim xeyrimizə işləyir. Biz indiki vəziyyəti saxlamaq və inkişaf etdirməkdə maraqlıyıq. Təbii ki, Ermənistandakı revanşist qüvvələrin ortaya atdığı təkliflər əsasında deyil, sağlam əməkdaşllğa meylli qüvvələrlə bu yöndə təmaslar qura bilərik. Bizə sülh sazişinə çatmaq lazımdır. Mən bu cür yanaşmanın tərəfdarıyam. Göründüyü qədər, Ermənistan hakimiyyətinin özündə də belə meyllər var. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti də indiki vəziyyətin qorunub saxlanmasına tərəfdir. Bizə indiki yanaşma sərfəlidir və bunu inkişaf etdirməliyik. Sülhə məcburetmə əməliyyatları keçirib qan tökməkdənsə, bu üsullarla öz naliyyətlərimizi qorumaq çox sərfəlidir. Hesab edirəm ki, Ermənistan tərəfdən belə işartılar olarsa, bunu sürətləndirmək lazımdır”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 567 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |