Şrift:
MN: Ermənistan mətbuatının məlumatları qarşı tərəfin böhtan xarakterli növbəti yalanıdır
13.09.2022 [06:27] - Xəbərlər, Siyasət
Ermənistan mətbuatında Azərbaycan Ordusunun guya mülki əhalini və infrastrukturu hədəfə alması barədə yaydığı məlumatlar qarşı tərəfin böhtan xarakterli növbəti yalanıdır, dezinformasiyadır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi feysbuk səhifəsində yayılan açıqlamada bildirilib.

“Bununla Ermənistan tərəfi törətdiyi genişmiqyaslı təxribatı ört-basdır etməyə və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışır”, - məlumatda qeyd edilib.
Bu xəbər oxucular tərəfindən 377 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed