Şrift:
Türkiyə mediası: Təxribat və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür
13.09.2022 [06:29] - Xəbərlər, Siyasət
Ermənistan silahlı qüvvələrinə aid bölmələrin sentyabrın 12-də gecə saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı və davamlı təxribat törətməsi Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Anadolu agentliyi, “TRT Haber”, “Haber Global”, “NTV” və başqa telekanallar, “Milliyet”, “Hurriyet”, “Takvim” və digər qəzetlər başda olmaqla, ölkənin aparıcı media qurumları işğalçı dövlətin hərbi təxribatları barədə geniş və əhatəli məlumatlar yayıblar.

Proses barədə rəsmi xəbər yayılandan dərhal sonra informasiyaları dünya ictimaiyyətinə operativ qaydada çatdırmağa başlayan Türkiyə mediası yazır ki, qarşıdurmanın əsas səbəbi Azərbaycan Ordusunun mövqelərinin intensiv atəşə tutulması və genişmiqyaslı təxribatlardır. Diqqətə çatdırılır ki, Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın gördüyü əks tədbirlər lokal xarakter daşıyır və hərbi hədəflərə qarşı yönəlib. Cavab tədbirləri kiçikmiqyaslı və hədəflənmiş xarakterli olmaqla Azərbaycan sərhədlərinin təhlükəsizliyini təmin etmək və Ermənistanın təxribatlarına son qoymaq məqsədi daşıyır.

Media qurumları bildirir ki, baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür
Bu xəbər oxucular tərəfindən 419 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed