Şrift:
Azərbaycan və Türkiyə arasında daha bir dəmiryol xətti
15.01.2013 [11:11] - Xəbərlər, Türk dünyası-Turan
Azərbaycan-Türkiyə sərhədindən Türkiyənin Qars şəhərinədək yeni dəmiryol xəttinin tikintisi Bakı-Tbilisi-Qars dəmiryol əlaqəsinin yaradılmasından sonra başlaya bilər. Bu barədə bazar ertəsi "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, hazırda Naxçıvan Muxtar Respublikası ilə Qarsı birləşdirəcək yeni dəmiryol layihəsi üzərində iş aparılır.

"Yeni dəmiryol layihəsi çox güman ki, Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi başa çatdıqdan sonra həyata keçiriləcək", - Əzməmmədov deyib.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmiryolu 2014-cü ildə istismara veriləcək.
Bu xəbər oxucular tərəfindən 871 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed