16.09.2022 [06:45] - Xəbərlər, Sosial
Peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi üzrə qeydiyyat sentyabrın 29-dək davam edəcək.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. İmtahan kağız daşıyıcılar vasitəsilə iki mərhələ üzrə təşkil olunur. Namizədlər DİM-saytında qeydiyyatdan keçə bilərlər.
İmtahanın 1-ci mərhələsi (mühasibat uçotu üzrə) sentyabrın 25-də, 2-ci mərhələsi (qanunvericilik üzrə) oktyabrın 9-da keçiriləcək.
İmtahanın hər mərhələsinin davametmə müddəti 3 saatdır.
Namizədlərin bilik və bacarıqlarının yoxlanılması məqsədilə hər iki mərhələ üzrə imtahanlarda 40 tapşırıqdan ibarət sual kitabçalarından istifadə olunur. Test tapşırıqları 100 ballıq şkala üzrə qiymətləndirilir. İmtahanın 1-ci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir. İmtahanın 2-ci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 15-i 2 balla, açıq tipli 5 test tapşırığının hər biri 10 balla qiymətləndirilir.
Hər sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.
İmtahandan 5 gün əvvəl namizədlər Mərkəzin saytından “İmtahana buraxılış vərəqəsi”ni və “Namizədin yaddaş kitabçası”nı çap edib götürə bilərlər.

Bu xəbər oxucular tərəfindən 2023 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |