19.09.2022 [06:59] - Xəbərlər, Siyasət
Dünəndən başlayaraq Ermənistanda eyforiya hökm sürür. Ölkəyə ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi gəlib. Ermənistanın siyasi elitası ilə birlikdə sadə xalq da bu səfəri sonuncu və həlledici xilas imkanı kimi dəyərləndirir və vəziyyətin kökündən dəyişəcəyinə ümid edirlər. Aydındır ki, gözləntilər böyükdür. Amma kimin nədən xilası və hansı dəyişikliklərin istənildiyi o qədər də aydın deyil.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.
Formal olaraq müstəqilliyini elan etdikdən sonra azadlığını sözdə yox, əməldə bərpa etmək üçün Ermənistanın özünün heç nə etmədiyini vurğulayan deputat deyib: “Bu müstəqilliyi əldə etmək üçün ermənilər bölgənin digər ölkələri kimi mübarizə də aparmayıb, qurbanlar da verməyiblər. Onlarda nə 20 Yanvar olub, nə də 7 Aprel. Müstəqilliyi 1918-ci ildə olduğu kimi 1991-ci ildə də xidmətində durduqları sahiblərindən hədiyyə olaraq alıblar. Əvəzində imperiyanın çökməyə başladığı 1990-cı illərdə ölüm aqoniyasında olan metropoliyanın göstərişi ilə qonşu ölkələrin azadlıq mübarizəsinə mane olmaqla məşğul olublar. Azərbaycana və Gürcüstana qarşı ərazi iddiaları irəli sürüb, onların müstəqillik əldə etməsinin qarşısını almaqda imperiya mərkəzinə köpək sədaqəti ilə xidmət ediblər. Göstərilən xidmətin müqabilində isə nə az, nə çox – “böyük Ermənistan” yaratmaq xülyasına düşüblər”.
Cavanşir Feyziyev qeyd edib ki, 30 il keçib, xam xəyallar gerçəkləşə bilməyib. Ortada nəinki “böyük Ermənistan”, heç müstəqil Ermənistan da yoxdur. Milli müstəqilliyi möhkəmləndirəcək milli ideya və ona uyğun strateji addımlar da hələ müəyyənləşdirilməyib. Erməni dövlətçiliyinin mövcudluğunu riskə qoyan “miatsum” ideologiyası da xalqın milli maraqlarına zidd, zərərli bir ideologiya kimi erməni siyasətçiləri tərəfindən hələ ifşa olunmayıb.
“İndi Nensi Pelosi bu zavallı xalq üçün nə etməlidir? Dünyada demokratiyanın günəşi və baş marketoloqu rolunda çıxış edən bir ölkənin rəsmisi erməniləri hansı mövzuda savadlandırmalıdır? Beynəlxalq hüququn normaları, sərhədlərin toxunulmazlığı zərurəti, digər dövlətlərin daxili işlərinə qarışmamaq, demokratik dəyərlərin sözdə yox, əməldə tətbiqi və sair kimi yüksək materiyalar ermənilərin 100 il ərzində saxta “soyqırımı” iddiası və mürtəce “miatsum” şüarları ilə zəhərlənmiş beyinlərinə batacaq məsələlər deyil. Əslində ermənilərin özlərinə də bu kimi mücərrəd anlayışlar maraqlı görünmür. Onların axtardığı köləlik sindromundan çıxmaq istəməyən bir millət üçün yeni sahib tapmaqdır. İki yüz il bir sahibin mərhəmətinə sığınan və dəstəyinə güvənən ermənilərin bugünkü canfəşanlığı indiki sahibinin durumunun o qədər də qənaətbəxş olmadığı bir anda öz xidmətlərini yeni və daha güclü bir sahibə satmaq istəyindən irəli gəlir”, - deyə deputat qeyd edib.
C.Feyziyevin sözlərinə görə, ermənilər xanım Pelosinin səfərini zəngin bir turistin əcnəbi ölkədə növbəti suvenir dükanına girişi kimi başa düşür və əllərində olanları ona satmağa çalışırlar. Əllərində isə bütün qonşularına qarşı əsassız iddialardan başqa heç nə yoxdur. Tarix boyu sata-sata gələn bir millət nicat və bu nicatı təmin edəcək sahib axtarır. Amma başa düşmürlər ki, hər bir xalqın nicatı onun öz əllərində, öz siyasətində və öz milli maraqlarındadır. Kimə sahib çıxmaq və ya çıxmamaq kimi məsələləri isə Nensi Pelosi yox, ABŞ-ın dövlət maraqları müəyyən edir. Ermənilərin təfəkküründə “dövlətçilik” və “dövlət marağı” adlanan anlayışların olmaması isə onların bu kimi həqiqətləri başa düşməyinə imkan vermir. Sabah xanım Pelosi ölkəsinə qayıdacaq və səfər bitəcək. Ermənilərin bugünkü eyforiyasını tədricən əvəzləyəcək gözləntilər isə hələ uzun müddət - növbəti xəyal qırıqlığına qədər tükənməyəcək.

Bu xəbər oxucular tərəfindən 613 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |