Şrift:
Macarıstan Ermənistanın hərəkətindən təəssüflənir
15.01.2013 [11:48] - Siyasət
"Azərbaycan xalqı çox mehriban və qonaqpərvərdir, macar xalqı da elədir. Bizim dillərimizdə çoxlu oxşar sözlər var, məsələn, "alma", "balta" sözləri eyni şəkildə tələffüz olunur. Macar dilində hətta "ağsaqqal" sözü də var. Macarlar artıq Azərbaycan barədə daha geniş məlumata malikdirlər, azərbaycanlılar da mətbuat sayəsində Macarıstan barədə çoxlu məlumatlar alırlar".

Bu fikirləri Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutoranın müsahibəsində bildirib. Cənab cəfir sual əsnasında Ramil Səfərovun Azərbaycana ekstradisiyasına bir daha aydınlıq gətirib: "Bilirsiniz, bu, tamamilə hüquqi bir qərar idi. Bundan asılı olmayaraq, əlaqələr yaxşılaşıb. İdarələr, ölkələrin birinci simaları arasında çox yaxşı əlaqələr var, hətta deyə bilərəm ki, onlar bir növ, dost da olublar. Ramil Səfərovun Azərbaycana ekstradisiyası məsələsi sırf hüquqi proses olduğuna görə bizim əlaqələrə heç bir təsir göstərməyib. Xalqlarımız oxşardır və bir-biri ilə əlaqələr qurmaqdadır".

Bu hadisədən sonra Ermənistanın Macarıstanla diplomatik əlaqələrini dayandırması faktına diqqət çəkən jurnalist vəziyyətin indiki mərhələsi ilə maraqlanıb. Səfir deyib ki, Ramil Səfərovun ekstradisiyası məsələsi hüquqi məsələdir: "Macarıstanın Ramil Səfərovun qaytarılması barədə qəbul etdiyi qərar hər hansı ölkənin əleyhinə yönəlməmişdi. Çox təəssüf olsun ki, Ermənistan bizim ölkə ilə diplomatik əlaqələri dayandırıb. Biz Ermənistanla əlaqələri normallaşdırmağa çalışırıq və ümid edirəm ki, bu məsələ tez biz zamanda öz həllini tapacaq. Bizim heç kimlə düşmənçiliyimiz yoxdur və biz hamı ilə yaxşı əlaqələrin olması istiqamətində çalışırıq".

Anar
Bu xəbər oxucular tərəfindən 970 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed