15.01.2013 [13:32] - Mədəniyyət
Bu gün Mütləqə İnam dünyabaxışını ömürləşdirənlər Ocaqçıların çevrəsini çoxdan aşıb. İllərdir ki, Mütləqə İnamla yaşayan, nəfəs alan İnamçılarımız yaranıb. Yaranmaq isə
(Ayaz İmranoğlu Mütləqə İnam yönlü yaradıcılığı üstə)
Yol yaratmaq çox çətindir. İnam Ata Ulusumuz, Bəşər üçün belə bir Yol yaradıb – Mütləqə İnam.
Bu gün Mütləqə İnam dünyabaxışını ömürləşdirənlər Ocaqçıların çevrəsini çoxdan aşıb. İllərdir ki, Mütləqə İnamla yaşayan, nəfəs alan İnamçılarımız yaranıb. Yaranmaq isə asan məsələ deyil. Çünki yaranmaq yaratmaqla sıx bağlıdır. Biz inanır və inandıqlarımızı təqdim edirik. Onların Mütləqə İnam Yolunda daha inamlı, inadlı olacaqlarına inanırıq.
Gərək inanasan ki, yeriyəsən, addım atasan, danışasan… Başlıcası, gərək inanasan ki, inandıra biləsən. O qədər naşılıqlara, həqiqətsizliklərə inanan və inandıranlar var ki. İndiyə kimi inananların, inam obyektlərinin isə mütləq ölçüsü olmayıb. Ona görə İnsan var olmayıb, ola bilməyib.
Artıq 34 ildir ki, Atayurdumuz Azərbaycanda Mütləqə İnam dünyabaxışı yaranıb və bu İnamın ölçüsündə nəinki yaşayanlar, onu öyənlər haqqında da danışmağın çağı gəlib. Bunlardan birincisi Nurayaz İnamsoydur. İnamçımız olana kimi Azərbaycan ictimai çevrəsində Ayaz İmranoğlu kimi tanınıb. Əgər təqdim edilən yeni imza Yurdun, Ulusun sifətini yaratmağa, yaşatmağa xidmət edirsə, o zaman onu ürəkdən tanımağa, sevməyə, öyməyə dəyər. Çünki obrazsız ulus olmur. O obraz ki, dünənədək adi halıyla çoxlarından fərqlənmirdi, bu gün isə Milli İnam əsasında var olmağa, başqalarını var etməyə, Milli İnamını öyməyə çalışır, öyür də. Mənəvi basqılarla rastlaşanda sarsılmır, ruhdan düşmür. Obrazı uzaqlardan gəlmir, özündən, ruhundan gəlir.
Nurayaz İnamsoy bu ilahi, insançı, ulusal əhvalla yaşayır. O, inanır ki, fərd, insan başıqapazlı, ruhsuz, özgə inamla var olmur, insani imkanlarını aşkarlaya bilmir. Yadlıqların əlindən ulusu qurtarmaq isə heç də asan deyil. Gərək elə möhtəşəm, güclü olasan, arzulanan ölçüyə, tələbə yetəsən ki, başqalarını da bu tələb üstə kökləyə biləsən, buna haqqın ola. Çətin məsələdir, ancaq mümkündür. Başlıcası, Haqqa yetməkdir. Haqqa yetmək – Həqiqətli olmaqdır. De görüm, həqiqətin nədir, deyim kimsən. Əgər ötəri, keçici, sonlu, qeyri-kamil ölçü əsasında yaşayırsansa, İnsanı ruhani varlıq saymırsansa, dünyanın, həyatın, insanın gerçəklikdən üstün, Əzəli, Əbədi, Sonsuz, Kamil anlamına inanmırsansa, yazdıqların, yaratdıqların bundan sonrakı çağın insani-mənəvi tələbatını ödəməyə qadir olmayacaq. Bəlkə də çoxlarına bu, yetərli görünməsin. Başqa yol yoxdur. Yəni İnam Atanın «İnsanlaşın, İnsanlaşdırın!» harayına hay verməkdən başqa yol yoxdur. O cazibəli, çoxçeşidli yaradıcılıq cərəyanları insansızlıq çağırdığı, insanı hər cür özgəliklərin qucağına atdığı dərəcədə sabahsızdır.
Sabahı görməyən – yaradıcı deyil. Yaratdığını sabaha bağlamayan, sabahla nəfəs almayan yaradıcı deyil. Nurayaz İnamsoy inanır ki, İnam Atanın Mütləqə İnam Ocağının ölçüsündə, tələbində yazmaq çıxış yoludur. Bu Yolun ölçüsü, tələbi Nurayazın ağlına, ürəyinə çoxdan yazılıb. Nurayaz İnam Ata fəlsəfəsində özünə, ulusuna böyük doğmalıq gördü. Onun Ocaq yönlü şeirlərinin, publisistik yazılarının özülündə duran başlıca motiv budur. Nurayaz Ulusuna, Bəşərin sabahına inanır. O, başqalarından fərqli olaraq bunu ilkin duyanlardan, görənlərdən, öyənlərdən oldu.
Nurayaz Mütləqə İnamın işığında özünü, yəni ruhunu görə, tanıya bildi. Bildi ki, Ata fəlsəfəsi onun ulusunun xilasıdır.
Mütləqə İnam mövzusunda yazmaq, onu yetkin ədəbiyyata çevirmək gələnəyi Yolumuzun yaradıcısı İnam Atamızdan başlayır. Ocağımızın Ruhani Başçısı Safruhun ayrıca «Ocaq Ədəbiyyatı» adlı araşdırması var. Bu əsərdə Mütləqə İnam Ocağı Evladlarının illər boyu Atanın dünyabaxışı əsasında müxtəlif yaradıcılıq çeşidləri (içsəslər, Atayla Ruhani Təmasları və s.) haqqında danışılır. Bütün hallarda isə Ata Evladları içərisində İnam Ata obrazı, Mütləqə İnam Dünyabaxışı mövzusunda ardıcıl olaraq (40 ilə yaxın!) yazan, Atanı sözün gerçək anlamında yenidən yaradan Safruhdur. İnamçıların isə Mütləqə İnam mövzusuna müraciət etməsi daha sevindiricidir. Artıq bu, Mütləqə İnamın genişlənməsi, çevrəsini artırması anlamına gəlir.
Bu baxımdan «Nurayaz İnamsoyun Mütləqə İnam mövzusunda yaradıcılığı» adı altında ayrıca danışmağa sözümüz var. Çünki meydanda artıq onun ictimai çevrəyə təqdim olunmuş ciddi yaradıcılıq örnəkləri var.
Nurayaz İnam Ataya, Onun yaratdığı Mütləqə İnam dünyabaxışına, İnamın yeriməsinə, ömürləşməsinə ürəkdən inanır və yazır. İnanmasa, yaza bilməz. Nurayazın Mütləqə İnam yaradıcılığı niyə öyülməlidir? Ona görə ki, o, ictimai çevrədə, ədəbiyyatda hələ tam oturuşmayan, obazlaşmayan bir mövzuya ləyaqətlə baxmağı bacardı, ilklərdən oldu. Bu, Azərbaycan aydınının Ulusal dəyərlərə yiyəliyinin təsdiqi, üzağlığı, sabahı qurmağa xidmət edən ciddi hadisələrdəndir.
İnamçılarımız içərisində Qəşəm İlqar Ruhdaşın bu yerdə xidmətləri ayrıca vurğulanmalıdır. Ruhdaşın İnam Atayla bir neçə Ruhani Təması (müsahibəsi), ayrıca olaraq Ocaq mövzusunda şeirləri, publisistik yazıları var. O, bu əsərlərini böyük bir sevgiylə kitablarının ön səhifələrində çap etdirib, bundan böyük bir fəxarət keçirib.
Bu gözəl gələnəyin davam etdiricilərindən 84 yaşlı İnamçımız Baba Əhmədlinin də adını böyük sevgiylə çəkirəm. Onun Ocaq mövzusunda çoxlu publisistik əsəri var. Baba Əhmədli də böyük ciddiyyətlə, inamla Ocaq fəlsəfəsini, ruhaniyyatını öyrənir, öyür, Atanın, Evladların gördüyü misilsiz işlərin dəyərini verdiyi dərəcədə İnamın ömürləşməsi, xalqın yaşamına çevrilməsi üçün əlindən gələni edir. Bugün Nurayaz İnamsoyun Mütləqə İnam ruhlu şeirlərinə ön söz yazarkən ağlımdan, ürəyimən keçən gözəl, müqəddəs bir duyğunu dilə gətirmək istəyirəm: o gün olsun ki, İnamçımız Baba Əhmədli də çoxdan gerçəkləşdirmək istədiyi Ocaqla bağlı yazılarından ibarət kitabını ərsəyə gətirsin.
Bu gün Mütləqə İnam mövzusunda yazan İnamçılar içərisində Nurayaz İnamsoyun imzası daha fəaldır. Nurayaz özümlüyümüzün öyücüsüdür. Aydınlarımızın Ocağa yönəlik addımlarının ardıcıl olmasını arzulayıram. Qoy onlar bilsinlər ki, Mütləqə İnam mövzusunda bircə kəlmə belə deməklə onlar əbədiyyət ünvanından dirilik suyu içmiş olurlar – bunun hətta çox zaman dərininə varmasalar belə. Bir də görürsən, insan böyük işlər görür, ancaq işini dəyərləndirməyi bacarmır. Mütləqə İnam duyğumuz bizlərə bənzərsiz İnam fəhmi verir. Hamımız görürük ki, Atayurdumuza Mütləqə İnam gəlib, Safruh demişkən, qabaqca İnam Ata, yanınca da Evladları… Ocaq Azərbaycana, gətirilməyib, Yurdumuzun mahiyyətindən doğulub. Nurayaz İnamsoyun ardıcıl İnam Evini ziyarət etməsi, gündən-günə yeni-yeni mövzular üzərində işləməsi onun ruhani aqibətini yaratmasından soraq verir. O, İnamçılarımız arasında ilklərdəndir ki, «İnama Qovuşdurma» törənindən keçdi, fəxrlə bu aqibətini hər yanda car çəkməkdədir. “Od işığı alan var”, «Safruh», «Birləşirik», «Bu yaz səhərində, İnam günündə», «Ruhani Səfərə çıxıram bu gün», «İnam oğlu», «Doğma rəngə doğru», «Dünyanın yarımdəlisi», «Əzəl oldu», «İnam Ata Ocağına gəlmişəm», «Həqiqətim – Mütləqimsən», «İçim və çölüm», «İçsəsim», «İnam Evi – Müqəddəsim, Məbədim!», «İnamın, inancın özüsən özü», «Mənasıdır insanlığın», «Mütləqə İnamla qovuşum sizə», «Nəsimiyə», «Odqoruyan», “Uğur balamız”, «Ögeydən doğmalıq ummağa dəyməz», «Özüm olmaq istəyirəm», «Qaytar məni özümə», «Sevgili ruh», «Vətən», «Yamaq», «Yaşam zərrəsi»… Bu şeirlərdə ömür var, zəngin duyum var, Vətən obrazını, onun ilahi anlamını Mütləqə İnamda, Ocaqda görmək var.
Nurayazın İnamlı şeirlərindəki hiddət qırımlıdır, ruhani döyüşçüdür. Bir var insanın özü ruhani döyüşçü ola, bir də var yazdıqları. Hər iki cəhəti birləşdirmək meyilini, eşqini görürəm Nurayaz İnamsoyda.
Yazdıqlarını ruhani döyüşçüyə çevirmək insandan hünər istəyir. Deməli, özün ruhani döyüşçü olmalısan ki, şerinin də döyüşkənliyi bilinsin, yazdıqlarına öz örnəyində inansınlar. Nurayazın İnam Atanı öyməyi təbiidir, canlıdır, səmimidir:
Dağ aşmısan, zirvələrdən ucasan,
Min ildir yol keçən müdrik qocasan.
İstəyirəm mənliyimi qucasan,
“Mütləq” adlı İnamınla dolan var.
…Ocağında yananlar var, qalan var,
Ocağından od işığı alan var.
Başqa bir şeirində isə o, İnam Ataya
“İnamın, inancın özüsən, özü” deyir:
Mən səni özümə müqəddəs sandım,
Sən nurun, fərəhin gözüsən, gözü.
Müqəddəsliyə müqəddəslik təşnəli münasibətdir bu. Sevdiyinə, əqidə, aqibət yaradıcısına ilahi münasibət sona kimi dəyişməz olmalıdır. Nurayazın Ocaqlı – Mütləqə İnamlı şeirləri bunu deyir.
Ocağımızın Ruhani Başçısı Safruha həsr etdiyi şeiri bu baxımdan diqqət çəkir:
“Mütləqə İnam”ı bağrına basıb,
Göylərin üzündən Bayrağın asıb,
Şərin boynunu ağlıyla qısıb,
Yol gedir, yol gedir, Sabaha Safruh.
Burada İnam Atanın 37 illik dönməz silahdaşı Safruhun obrazı yaradılıb: boyasız, bəzəməsiz, ruhani vüqarlı, inadlı, inamlı, sarsılmaz, eşqli.
Mən sənin qarşında səcdəyə gəldim,
Əyilməz başına başımı əydim.
Sandım ki, Günəşin özünə dəydim,
Yol gedir, yol gedir sabaha Safruh.
Burada isə Nurayazın soydaş, türk, başlıcası, İnamçı ləyaqəti təsdiq olunur: Ataya səcdəlinin qarşısında səcdə etmək ulusallığın təsdiqidir.
Dəniz əzəməti,
Gecə qüssəsi,
Qürub sükütu,
Ulduz ülviyyəti
Mənasıdır insanlığın.
Dözüm, mətanət,
Qüvvət, dəyanət,
Özünü ucaltmaq
Kamlilliyə çatmaq
Mənasıdır insanlığın.
Xurafatdan qaçmaq,
Ruhunla uçmaq,
Adamlıqdan insanlığa ucalmaq
Mənasıdır insanlığın.
Nurayaz Mütləqə İnamın İnsanilik tələbini fitrətən anlayır, dərindən duyur, üstəlik, şeirlərinə inamla gətirə bilir. Onun Ocaqlı şeirlərində insanilik harayı var – gerçəklikdən üstün:
Lal ol, dilim, dibdən kəsil,
Ögeyləşdim nəsil-nəsil,
Hanı doğma, hanı əsil?!
Özüm olmaq istəyirəm!
Bu gözəl duyğularla əbədi yol yoldaşı olmaq gərəkir. Nurayaz bilir ki, Ocağın tələbi qəti, ruhani hökmü çox ağırdır. Bu tələbə yetmək çətin olduğu dərəcədə də insanilikdən imtina etmək mümkün deyil. Ocaq isə İnsaniliyin mütləq ünvanıdır:
Sevgi naxışıdı açılan çiçək,
Sökülən dan yeri hamıdan göyçək.
Tumurcuq çiçəklər eh ləçək-ləçək,
Bu yaz səhərində, İnam günündə.
Doğma təsvirlərdir: ruhun uçuşu, insanilik həsrəti, var burada; heyrətli məqamın ilhamlı ifadəsidir, duyğulu məqamlar inamlıdır.
Sevən inamla sevir, inamla sevilir!
Təbiətlə ilahi birliyə çatır şair duyğularında, inamla vəcdə gəlir:
İnam Ata-Ruh çeşməsi,
Haqq yolunu düz seçməsi,
Nə deyibsə, dür çeşməsi,
Həqiqətim – Əzəlimsən!
Fərəhimlə mən yaşadım,
Mütləqi ömrə daşıdım,
Zoru Ruhumla aşırdım,
Həqiqətim – Əbədimsən!
Bu üzdən Nurayazı İnamsoyu İnamçı şairimiz sayıram: Mütləqə İnama sarılır, fərəhlənir, İnamın anlayışlarını böyük bir sevgiylə şeirə gətirir. Əslində onun fəhmlə çatdığı məqam İnamın ömründə – ağlında, duyğularında yaratdığı fərəhli məqamlardır. Yetilən məqamları öymək necə gözəldir:
Uca Həqiqətə çatdım,
Adamlığın daşın atdım.
İnam oldu soyum, adım,
Həqiqətim – Sonsuzumsan!
Yalan, riya məndən ötüb,
Könlümdə duyğular bitib,
“Mütləq” adlı hala yetib,
Həqiqətim – Kamilimsən!
Nurayazın şeirlərində insanın özüylə üz-üzə qalması, özünü Mütləqə İnam ölçüsündə öyrənməsi, bilməsi canlı, təbii təsvirlərlə oxucuya çatır:
«İnam Evi – Müqəddəsim, Məbədim» şeirində doğma bir harayı var Nurayazın: Atayurdumuzda yaranan Mütləqə İnam Dünyabaxışının ilk İnam Evinə – Ocağın Ruhani Mərkəzinə dərin sevgisini ifadə edir. Bura həmin İnam Evidir ki, Ocağın Ruhani Başçısı Safruhun özündənkeçməsinin təsdiqidir:
İnam Evi – Müqəddəsim, Məbədim!
Gözü var – görəndir, görür hər kəsi.
Eşidən-biləndir, duyar hər səsi.
Üşüsən – qızdırar isti nəfəsi.
İnam Evi – Müqəddəsim, Məbədim!
Şeir gözəl bir haraydır: ruhani mahnıdır həm də.
Nurayazın «Gəlmişəm” şeiri Mütləqə İnam Ocağının İnamçısının İnam Evinə – Asif Ata Ocağına gəlişindən doğan heyrətli halını gözəl ifadə edir:
Özümə, sözümə döndüyüm gündür,
İnam Ata Ocağına gəlmişəm!
İçim, çölüm nur selinə bələnib,
İnam Ata Ocağına gəlmişəm!
Burada insanın Ata İnamından işıqlanması ruhani ustalıqla təsvir olunur.
Özümlüyə üz tutmaq nə gözəlmiş! Nurayazın xoşbəxtlliyi bu məqamı dərindən anladığı dərəcədə ifadə edə bilməsindədir:
Elə bil dünyanın özü var məndə,
İnsanlıq eşqinin izi var məndə,
Yerin də, Göyün də gözü var məndə,
İnam Ata Ocağına gəlmişəm!
Ayaz İmranoğlu Ocaq ruhlu publisistikası da şeirləri qədər uğurlu alınıb: «İnam Ata aşiqiyəm», «İnama Doğru” ruhumuzun qidasıdır», “İnsanilik İnamı” və başqa yazıları bir məqamda vurğu edir: Atayurdumuza Mütləqə İnam gəlib. Bu, Ruhumuzu, özümlüyümüzü – İnsaniliyimizi yaradan, yetirən, qoruyan bir İnamdır. İnamımıza yiyə duraq.
Dəyərli İnamçımız Ayaz İmranoğlu, Mütləqə İnam Ocağı sənə inanır. Yeni və ardıcıl Mütləqə İnam ruhlu, inadlı şeirlərini, yazılarını gözləyirik.
İşıqlı Atalı

Bu xəbər oxucular tərəfindən 1156 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |