05.10.2022 [15:43] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Azərbaycan Ermənistana qarşı təzminat davası açmalıdır. Azərbaycan beynəlxalq aləm qarşısında konkret məsələ qaldırmalıdır ki, İraqı Küveytə təzminat ödəməyə necə məcbur etdilərsə, Ermənistana da bunu etsinlər.
Bunu erməni tərəfinin Azərbaycanı beynəlxalq qurumlara şikayət etməsini və Azərbaycan tərəfinin buna cavab olaraq atmalı olduğu addımları dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.
Fərəc Quliyev bildirib ki, erməni tərəfinin nə etməsindən aslı olmayaraq, Azərbaycan istəyinə çatıb:
“Əsas nəticədir. 30 il müddətində Azərbaycan çox yerə şikayət edirdi. Ancaq bizi eşidən yox idi. Ermənistanın hara şikayət etməsinin heç bir əhəmiyyəti yoxdur. Hər kəs hər şeyi bilir. Dünyanın harasında nə baş versə, onu dəqiqliklə bilirik. Dünya çox kiçilib.
Ermənistanın şikayətlərinin nəticəsi olmayacaq. Sadəcə olaraq, Ermənistandan maşa kimi istifadə etmək istəyən ölkələr bundan yararlanmağa cəhd edəcəklər. Onlar da qərəzlidilər. Erməni tərəfinin şikayəti olmasa da, onlar müdaxilə etməyə çalışacaqdılar. Bölgədə olmaq, bölgəyə qayıtmaq istəkləri olacaqdı. Ermənistanın şikayəti onlar üçün əhəmiyyətli ola bilər, yoxsa narahatlıq yaradacaq heç nə yoxdur.
Azərbaycan nəticələri alıb və bunu inkişaf etdirir. Erməni politoloqlarından biri etiraf etdi ki, Azərbaycan birtərəfli qaydada demarkasiya və delimitasiya ilə məşğuldur. Yəni Ermənistanın cığallıq etməsinə baxmayaraq, Azərbaycan sahədə işini görür.
İkinci tərəfdən, Azərbaycan tərəfi baş vermiş bütün hadisələrlə bağlı beynəlxalq təşkilatlara şikayət edib. Zamanında bunlar edilib. Ancaq Azərbaycan maksimum tələbləri Ermənistanın qarşısına qoymalıdır. Qarabağdan erməni silahlılarının tam şəkildə çıxarılması gerçəkləşməlidir. Bundan əlavə, Azərbaycan Ermənistana qarşı təzminat davası açmalıdır. Azərbaycan beynəlxalq aləm qarşısında konkret məsələ qaldırmalıdır ki, İraqı Küveytə təzminat ödəməyə necə məcbur etdilərsə, bunu da etsinlər.
Məğlub olmuş dövlət cığallıq edir. Ancaq məğlub olan dövlət qılınc haqqı verməlidir. Biz bunu da tələb etməliyik”.

Səxavət Məmməd/yenicag.az
Bu xəbər oxucular tərəfindən 580 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |