15.01.2013 [13:37] - Siyasət
Rusiyadakı və digər xarici ölkələrdəki erməni diasporu içərisindən Azərbaycanın işğal altındakı ərazilərində fəaliyyət göstərən kriminal-hərbi erməni rejiminə qarşı narazılıqlar artır. Moskvadan erməni publisist Aleksandr Sərkisovun “Armenia Today” agentliyi tərəfindən yayılmış məqaləsində deyilir ki, bir vaxtlar “stabil inkişaf edən” Qarabağ hazırda Ermənistanın klonuna çevrilib.
Müəllif yazır ki, Ermənistanda olduğu kimi, Qarabağda da iqtisadiyyat kağız üzərində inkişaf edir, xalq işsizlikdən, mənəvi-psixoloji diskomfortdan, yerli knyazların və oliqarxların əlindən bezib xaricə qaçır. “Son vaxtlar Ermənistandakı bu tendensiya Qarabağda da müşahidə olunmağa başlayıb. Orada Bako Saakyanın seçilməsindən sonra oliqarxiya sisteminin inkişafı və bu cinayətkar sistemin dəstəklənməsi müşahidə olunmaqdadır” deyə o yazır.
Aleksandr Sərkisov yazır ki, qondarma “DQR”in indiki “baş naziri” Ara Arutyunyan cinayətkar oliqarxik idarəetmə sisteminin himayəçisidir. Belə ki, ambisioz “baş nazir” indiki “prezidenti” əvəzləməyə hazırlaşır və bu narahatedicidir. Narahatedici odur ki, Arutyunyan “DQR”də korrupsiyanın mövcud olmadığı barədə car çəkir. “Bu kobud və həyasız yalanla Arutyunyan Qarabağın siyasi və iqtisadi süqutunu pərdələməyə çalışır” deyə müəllif yazır.
Məqalədə deyilir ki, “azad olunmuş ərazilərdən” getdikcə daha çox neqativ informasiyalar daxil olur. Orada yaşayış məntəqələrinin məskunlaşdırılması və inkişafı faktiki olaraq dayanıb. Hakimiyyət isə piarla məşğuldur, hansısa balaca aksiyanı şişirdərək öz reklamına çevirir: “Ancaq Qarabağdakı hakimiyyətin nümayəndələrinin həyat tərzinə, gəzdikləri maşınlara, özlərini necə aparmasına və öz xalqına münasibətinə baxanda ağla ”vəba zamanı pirr" frazası gəlir. Müharibə veteranlarının, müharibədə həlak olanların ailələrinin necə dilənçi kökündə yaşadığı, hakimiyyətin onların problemlərinə necə məhəl qoymadığı xatırlanır".
Erməni publisist yazır ki, Dağlıq Qarabağda “rəsmi” demoqrafik və iqtisadi göstəricilər reallıqlardan uzaqdır, “hakimiyyətdən” qəzəb və narazılıq artır. “Müxalifət” isə seçkilərdən sonra kölgəyə çəkilib və fəaliyyəti görünmür. Müəllif “DQR”dəki son “prezident seçkilərinə” toxunaraq yazır ki, Bako Saakyan inzibati resursların, təzyiq və şantajın hesabına qalib gəlib. Daha sonra özünə dəbdəbəli inauqurasiya təşkil edib.
Sərkisov əlavə edir ki, 20 ildir Azərbaycan əsgəri bu torpaqları geri qaytarmaq üçün əlverişli fürsət və zəif nöqtə axtarır. Onun fikrincə, Azərbaycanın və Türkiyənin “erməniləri yer üzündən silməyə” çalışdıqları bir vaxtda Ermənistan və Qarabağdakı erməni rejimi demoqrafiya məsələsinə diqqəti artırmalıdır. Bunun əvəzində isə hakimiyyətlər öz ciblərini doldurmaqla məşğuldur. Müəllifə görə, Ermənistan hakimiyyəti və Qarabağdakı rejim diasporun pullarına möhtacdır, ancaq siyasi baxımdan diasporu təcavüzkar kimi görür. “Hakimiyyət diasporla bir prinsiplə işləyir-pul əvəzində medal. Şəffaflıq isə heç kimə lazım deyil. Çünki şəffaflıq olsa hakimiyyətin öz xalqını necə taladığı ortaya çıxacaq. Ola bilsin diasporda bir çoxları bu vəziyyətlə razıdır, ancaq çox keçməyəcək ki, belələri Qarabağda və Ermənistanda xeyriyyəçilik göstərən, pul xərcləyən, sonda isə hakimiyyətin bir kənara atdığı şəxslərin sırasına daxil olacaqlar” deyə o yazır.
Fərhad MƏMMƏDOV

Bu xəbər oxucular tərəfindən 883 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |