Şrift:
Respublika Gənclər Kitabxanası VIII Bakı Beynəlxalq Kitab Sərgisində 200-dən artıq kitabla təmsil olunur
06.10.2022 [08:34] - Gündəm, Mədəniyyət
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası VIII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir. Kitabxana sərgiyə incəsənət, tarix, bədii ədəbiyyat və digər sahələri əhatə edən 200-dən artıq kitabla qatılıb.

Nəşrlər içərisində kitabxananın bu il elan etdiyi “Nəşrlərin satınalması” müsabiqəsi nəticəsində əldə edilən son illər nəşr olunan kitablar üstünlük təşkil edir.

Bundan əlavə kitabxananın stendində sərgilənən kitablar içərisində Fikrət Əmirovun 100, Əhməd Cavadın və Hüseyn Cavidin 130, Ömər Faiq Nemanzadənin 150, Xurşidbanu Natəvanın 190 illik yubileylərinə və “Şuşa İli”nə həsr olunun nəşrlər də yer alır.

Ötən gün ərzində Respublika Gənclər Kitabxanasının stendini Milli Məclisin deputatları Qənirə Paşayeva, Əziz Ələkbərli, AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlı, Albaniya Respublikasının “Fan Noli” nəşriyyatının direktoru Rexhep Hida və başqaları ziyarət ediblər.

Qeyd edək ki, oktyabrın 7-də Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Respublika Gənclər Kitabxanasının nəşrə hazırladığı “Sən azadsan!” kitabının təqdimat mərasimi keçiriləcək. Sözügedən kitabda Azərbaycanın şanlı zəfər tarixi – 44 günlük müharibəyə həsr olunmuş, 20-ə yaxın gənc yazarın qələminin məhsulu olan 30-dan çox ədəbiyyat nümunəsi toplanıb.
Bu xəbər oxucular tərəfindən 1278 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed