Şrift:
Baş prokuror: “Tapılan meyit qalıqlarının bir neçəsinin kimliyi müəyyən edilib"
06.10.2022 [08:43] - Gündəm, Siyasət
“I Qarabağ müharibəsində itkin düşən şəxslərin valideynləri bu gün də bizə müraciət edir”.

Bunu Baş prokuror Kamran Əliyev Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə deyib.
Baş prokuror bildirib ki, dəfələrlə Ermənistandan olan həmkarı ilə görüşdə bu məsələni qaldırıb: “Amma təəssüf ki, onlar bundan yayınırlar və məsuliyyəti üzərindən atmağa çalışırlar. Biz hər itkin düşmüş şəxsin 2-3 qohumundan DNT nümunələri götürmüşük. Meyit qalıqları aşkarlandıqca, onların şəxsiyyətlərini müəyyən etməyə çalışırıq. Artıq onların bir neçəsinin kimliyi müəyyən edilib. Aşkarlanan kütləvi məzarlıqlar itkin düşmüş şəxslərin sayının azaldılmasında bizə kömək edəcək”.

Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi Emin Kərimov isə bildirib ki, Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən Edilli kəndində törədilmiş cinayətlərlə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb:

“Hazırda həmin cinayət işinin istintaqı zamanı Edilli kəndində aşkarlanmış kütləvi məzarlıqlarda 25 insana aid meyit qalıqlarına ayrı-ayrılıqda baxışlar keçirilib. Həmin meyit qalıqlarının I Qarabağ müharibəsində itkin düşmüş hansı şəxsə aid olması ilə bağlı araşdırma aparılır. Hazırda həmin cinayət işi ilə bağlı istintaq işləri davam etdirilir”.
Bu xəbər oxucular tərəfindən 306 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed