07.10.2022 [07:04] - Xəbərlər, Gündəm, Siyasət, Türk dünyası-Turan
Azərbaycan Prezidenti İlham Əliyevin Çex Respublikasının Praqa şəhərində keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirakı və dövlətimizin başçısının bu çərçivədəki digər fəaliyyətləri Türkiyənin aparıcı kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub.
Anadolu və İHA xəbər agentlikləri, “TRT Haber”, “TGRT”, “TRT Avaz”, “CNN Türk”, “TRT Haber” və başqa telekanallar, “Milliyet”, “Yeni akıt”, “Star”, “Sabah”, “Posta” və digər qəzetlər başda olmaqla, ölkənin aparıcı media qurumları Azərbaycan dövlət başçısının Praqa səfərini və ona bağlı digər bütün prosesləri ana xəbər statusunda təqdim ediblər.
Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü, dövlətimizin başçısının Azərbaycan televiziya kanallarına müsahibəsi, Azərbaycan və Türkiyə liderlərinin Praqada səmimi qardaşlıq münasibətləri ilə yenidən bir arada olmaqları, Zirvə çərçivəsindəki qeyri-rəsmi nüanslar da daxil olmaqla, digər mövzuları həssas şəkildə izləyən Türkiyə mediası yazır ki, Azərbaycan qətiyyətli mövqeyi ilə bölgəyə hamı üçün faydalı olan sülh və sabitlik gətirir.
Bəzi media qurumları Prezident İlham Əliyevin “Ümid edirəm ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq” ifadəsini manşet xəbərlərin sərlövhəsi kimi təqdim ediblər.
Sabir Şahtaxtı

Bu xəbər oxucular tərəfindən 943 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |