16.01.2013 [01:06] - Güney Azərbaycan xəbərləri
Bütöv Azərbaycan Ocaqları (BAO) Güney Azərbaycanda milli fəallara qarşı həyata keçirilən kütləvi həbs və işgəncələrlə bağlı dünya azərbaycanlılarına müraciət edib. Müraciətin mətni aşağıdakı kimidir:
Bütöv Azərbaycan Ocaqlarının (BAO) Güney Azərbaycanda milli
fəallara qarşı həyata keçirilən kütləvi həbs və işgəncələrlə
bağlı dünya azərbaycanlılarına
MÜRACİƏTİ
Əziz soydaşlarımız! Son aylar İran adlanan dövlətdə şovinist fars rejimi tərəfindən Güney Azərbaycandakı milli fəallarımıza qarşı həyata keçirilən təqib və həbslərin sayı xeyli artmışdır. Mahmud Fəzli, Mehdi Həmidi Səfi, Fərdin Muradpur, Məhəmməd Əhədi, Əziz Purvəli, Həsən Ərk, Səid Mətinpur, Əhməd Rzayi, Mehdi Kuxiyan, Əzimiyyə Qədim, Oqtay Vəlizadə, Yürüş Mehrəlibəyli, Əmir Çəmənli və b. milli fəallarımız haqsız olaraq həbs olunmuşdur. Son bir ayda isə 10 fəal saxlanılmışdır. Hərəkatçılarımız heç bir səbəb göstərilmədən ETTELAT əməkdaşları tərəfindən birbaşa evində, küçədə və b. yerlərdə qəflətən tutulub aparılır, zindanlarda isə şantajlara, fiziki və mənəvi təzyiqlərə, ağır işgəncələrə məruz qoyulurlar. Hətta ötən ilin avqust ayında baş vermiş zəlzələ zamanı bölgəyə yardım aparmış 15 soydaşımıza bu günlərdə Tərbiz inqilab məhkəməsi tərəfindən 6 aydan 2 ilə qədər həbs qərarı verilmişdir.
Biz, Azərbaycan türkləri olaraq milli haqlarımız uğrunda mübarizə aparan qardaşlarımıza qarşı həyata keçirilən bu amansız repressiyalara biganə qalsaq millətimizi daha acınacaqlı tale gözləyə bilər. Biz, Bütöv Azərbaycan Ocaqları olaraq Quzey Azərbaycandakı ictimai, siyasi və qeyri-hökumət təşkilatlarını, Türkiyədə, Avropada, Amerikada və b. xarici ölkələrdə fəaliyyət göstərən bütün milli təşkilatlarımızı güneyli hərəkatçılarımızın haqq işınə mümkün vasitələrlə dəstək verməyə çağırırıq. Bu bizim 50 milyonluq bir xalq kimi tarix və gələcək nəsillər qarşısında vicdan borcumuzdur.
Bütöv Azərbaycan Ocaqları
Bakı, 15.01.2013.

Bu xəbər oxucular tərəfindən 829 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |