08.10.2022 [06:51] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Azərbaycan və Ermənistan arasında mövcud durumun çözülməsi üçün hamının qəbul etdiyi bir formul var: sülh sazişi. Amma hamı sülh sazişi barədə danışsa da ortada real nəticə yoxdur.
44 günlük müharibədən iki il keçsə də, hələ də qan tökülməkdə davam edir. Sülh sazişi ilə bağlı Azərbaycanın təklif etdiyi 5 bəndlik prinsiplər də var. Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi həm ABŞ, həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə həyata keçirilir.
Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünün sonunda bəyanat qəbul edilib.
Bəyanatda deyilir: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.
Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq”.
Hazırda cəmiyyəti və analitikləri bir sual düşündürür: danışıqlar prosesində əldə olunan bu irəliləyişə Rusiya qısqançlıq göstərib, onu sabotaj edəcəkmi?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya qlobal siyasətdəki gedişatda öz yerini qoruya bilsə, Ukraynadakı müharibədə irəliləyiş etmək imkanları olsa, hansısa addımları atmağa çalışacaq: “Moskva düşünür ki, bir var, nəyisə onun əlindən zorla alsınlar, bir də var özü Türkiyə və Azərbaycanla danışaraq müəyyən məsələləri yumşaq şəkildə həll edir. Yəni geriçəkilməsi qəfil olmur, müəyyən mövqelərdə güzəştə getsə də, digər tərəfdən qazanc əldə edir. Məsələn, hərbi maraqlarını iqtisadi maraqlarla dəyişə bilər. Dəhlizi saxlayıb, sərhəd qoşununu çıxara bilər. Sülhməramlıları çıxarmaqla, əməkdaşlığı saxlayar ki, ona qarşı sanksiyalar tətbiq olunmasın. Rusiya belə güzəştlərə getməyə məhkumdur. İkinci bir tərəfdən, Ermənistanın özünün fərqli mövqe ortaya qoymaq məcburiyyəti yaranıb. Çünki Rusiya ilə birlikdə addımlamağın perspektivini görmür. Həmin ölkədə vəziyyət get-gedə pisləşir. Hətta vəziyyət o yerə çatıb ki, yerin olmaması səbəbindən səfərbərliyə çağrılanların əksəriyyətini geri qaytarıblar. Ermənistan bilir ki, bundan sonra Rusiyanın onlara iqtisadi dəstək verməyə gücü çatmayacaq. Belə olan təqdirdə, Ermənistan cəmiyyətinin daxilində sosial təlatümlır başlaya bilər. Paşinyan bilir ki, Ermənistan çox da haça-paça dayana bilməyəcək. ABŞ açıq şəkildə ondan mövqe tələb edir. Dedi ki, Ermənistan Rusiyadan silah almalı deyil. Türkiyənin və Azərbaycanın tutduğu taktiki yol çox doğrudur. Rusiya ilə münasibətləri normal saxlamaqla türkdilli ölkələrlə münasibətləri möhkəmlədirik. Öz ayağımız üstə durana kimi heç bir səngərdə görsənməli deyilik. Biz görürük ki, bu vəziyyət Rusiyaya da sərf edir. Bu səbəbdən də məsələyə loyal yanaşır. Düşünür ki, itirdikləri Qərb ölkələrinin əlinə keçməkdənsə, Türkiyənin marağına cavab versin. Ərdoğan və Əliyev Avropada keçirilən danışıqlarla bağlı bu detalları Rusiya ilə aktiv müzakirə ediblər. Mən də nikbin baxıram. Hesab edirəm ki, yaranmış şərtlər başqa yol qoymur. Gedişat bizim xeyrimizədir. Ola bilsin ki, Rusiya görüntü üçün bizə və Türkiyəyə təkliflər verən kimi özünü göstərməyə çalışacaq. İstəyəcək ki, imicinə müsbət təsir edən görüntüləri yaratsın. Prosesə mane olacağı ilə bağlı addımları ondan gözləmirəm”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 515 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |