Şrift:
Qarabağ iqtisadi rayonunda 150 minə yaxın iş yerinin yaradılması nəzərdə tutulur
08.10.2022 [11:32] - Gündəm, Sosial
İşğaldan azad olunmuş ərazilərdə bütün infrastrukturu bərpa etməklə yanaşı, vətəndaşlarımızın Böyük Qayıdışını təşkil edəcəyik. Bu Qayıdış xarici turistlər arasında da regionun təhlükəsiz olması ilə bağlı böyük güvən hissi yaradacaq.

Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Naftalan - Sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni reallıqlar" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

“Təbii ki, vətəndaşlarımızın davamlı qayıdışını təmin edən əsas amillərdən biri iş yerlərinin yaradılmasıdır. Ümumilikdə, biz təkcə Qarabağ iqtisadi rayonunda 150 minə yaxın iş yeri yarada biləcəyimizə ümid edirik ki, bu da şübhəsiz, ölkənin ÜDM-də daha yüksək artımına töhfə verəcək. Sənaye və mədənçıxarma, kənd təsərrüfatı və turizm, eləcə də hökumət və KOB-ların iş yerlərinin yaradılmasının əsas hərəkətverici qüvvəsi olacağı gözlənilir”.
Bu xəbər oxucular tərəfindən 1746 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed