Şrift:
Kikboksçularımız dünya çempionatında 20 medal qazanıblar
08.10.2022 [11:35] - Gündəm, İdman
İtaliyanın Yezolo şəhərində keçirilən uşaq, yeniyetmə və gənclərin dünya çempionatında Azərbaycan kikboksçuları 20 medal qazanıblar.

Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kikboksinqin “Low kick” növündə Şükür Aslanlı (42 kq), Mahmud Hüseynov (57 kq), Nicat Ələkbərli (63,5 kq), Səfərəli Vəhədov (71 kq), Gülməmməd Səfərli (+81 kq), Elton Hüseynov (+91 kq) və “Full contactda” Murad Məmmədov (60 kq) bürünc medal qazanıblar.

“Low kick”də Rinat Qiyasov (45 kq), Renat Qiyaslı (51 kq), “Full contact”da Əli Cəfərli (54 kq) və “Kick light”də Kənan Cəfərli (57 kq) finalda uduzaraq gümüş medalla kifayətləniblər.

Azərbaycan millisi bundan əvvəl 6 qızıl medala sahib olub. Belə ki, yeniyetmə və gənc dünya çempionlarımız K1-də Murad Gəncəliyev (45 kq), Rafiq Babazadə (48 kq), “Low kick”də Sübhan Məmmədov (45 kq), Ramal Zeynallı (48 kq), Elvin Məmmədov (54 kq) və “Kick light”də Nizami Əliyev (32 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar.

Bu gün – turnirin son günündə komandamız daha 3 final döyüşündə qüvvəsini sınayacaq. Bunlar qızıl medal ümidlərimiz olan Amin Quliyev, Vüqar Məmmədov və Akif Quluzadədir.

Qeyd edək ki, ötən il Monteneqroda keçirilmiş yeniyetmə və gənclərin Avropa çempionatında Azərbaycan millisi 17 medal (5 qızıl, 5 gümüş və 7 bürünc) qazanmışdı.
Bu xəbər oxucular tərəfindən 738 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed