Şrift:
Qafqazın və Yaxın Şərqin qədim xəritələrində Ermənistanın adı yoxdur
16.01.2013 [09:52] - Xəbərlər, Gündəm
Amerikadakı Azərbaycan xəritəsi ölkəyə gətirilib.

İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Patronlar Şurasının üzvü cənab Dr. İsmayıl Seragəldinin şəxsi təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan tarixinə məxsus çox önəmli 2 ədəd orijinal xəritə və 6 ədəd orijinal "Xəmsə"nin əlyazması "Nizami Gəncəvi Beynəlxalq Mərkəzi"nə təqdim edilib.

Bu barədə Azərbaycana məxsus tarixi əlyazmaların orijinalları və ya digitallaşdırılmış nüsxələrinin dünyanın ən nüfüzlu mərkəz, muzeylərindən toplanıb.

Bu əlyazmalar hədsiz əhəmiyyətə malik bir məlumatlar toplusudur. Belə ki, 1-ci xəritədə qədim Azərbaycan ərasizində Alban, Atropatena dövlətlərini və o cümlədən regionda mövcud olan Assuriya, Midiya, Parfiya, Babilistan kimi dövlətlərin ərazisi və onlara aid adlar qeyd olunub.

Ən önəmli olan isə bu xəritədə Gəncə, Naxçıvan və Bakı xüsusi olaraq Albanların əsas mərkəzləri kimi qeyd olunub və ermənilərin iddia etdikləri Ermənistan dövlətinin mövcud olmadığını sübut edir. Digər xəritə isə İranda 19-cu əsrin əvvəlinə aid olan və Amerikada saxlanılan xəritədir ki, Cənubi Azərbaycan Azərbaycan adı altında qeyd olunub.

Bu layihə Gəncə şəhər Icra Hakimiyyəti, Diasporla İş üzrə Dövlət Komitəsi, Milli Azərbaycan Tarixi muzeyi ilə birgə keçirilir.
Bu xəbər oxucular tərəfindən 2782 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed