Şrift:
Türkiyə və Azərbaycan TANAP-ın ötürücülük qabiliyyətini ikiqat artırmağa razılaşıb - Fatin Dönməz
08.10.2022 [11:44] - Gündəm, Siyasət, Türk dünyası-Turan
Türkiyə və Azərbaycan Azərbaycanın qaz yataqlarından təbii qazın Türkiyə bazarlarına və oradan Avropaya nəqli üzrə əsas layihə olan Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) ötürücülük qabiliyyətini iki dəfə artırmaq barədə razılığa gəliblər.

Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz İstanbulda Azərbaycanlı həmkarı Pərviz Şahbazovla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tərəflər "qısa müddətdə" ildə 16 milyard kubmetr ötürücülük qabiliyyətinə malik olan boru kəmərinin gücünü iki dəfə artırmağı planlaşdırırlar.

"Qısa müddətdə biz hazırkı gücü iki dəfə artıraraq 32 milyard kubmetrə çatdıracağıq", - deyə F.Dönməz bildirib.

Nazir vurğulayıb ki, bu artım həm Türkiyəyə fayda verəcək, həm də Avropanın enerji təchizatının təmin olunmasına kömək edəcək

F.Dönməz qeyd edib ki, Türkiyə və Azərbaycan arasında birgə layihələr enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verir.

Pərviz Şahbazov öz növbəsində Azərbaycan-Türkiyə enerji sahəsində sıx əməkdaşlığının “tarixi zərurət” olduğunu bildirib.

"Bu əməkdaşlıq regional və Avropa səviyyəsində təhlükəsiz və dayanıqlı enerji təchizatının təminatçısıdır", - deyə nazir əlavə edib.
Bu xəbər oxucular tərəfindən 966 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed