11.10.2022 [06:07] - Gündəm, Siyasət
Oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.
Görüşün sonunda verilən bəyanatda qeyd olunub ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Almatı bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Bundan başqa, tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.
Kanada Beynəlxalq Münasibətlər İnstitutunun elmi işçisi Robert M.Katler bildirib ki, Paşinyan ilk dəfə deyil ki, Ermənistan, Azərbaycan və digər ölkələrin imzaladığı 21 dekabr 1991-ci il tarixli Almatı Bəyannaməsinə açıq şəkildə istinad edir.
"Bu il sentyabrın ortalarında Paşinyan İrəvanda da sənədin imzalanması ilə bağlı müsbət bəyanatlar verdi. Nəticədə Ermənistan 29,8 min kvadratkilometr ərazisi ilə daimi sülh və təhlükəsizlik əldə edə biləcək. Bu, dəfələrlə təkrarlanıb. Belə bir bəyanat Ermənistanın Azərbaycan ərazisindəki iddialarını ortadan qaldırır", - deyə Katler bildirib.
O qeyd edib ki, Paşinyanın bu bəyanata bundan sonra da sadiq qalacağını fərz etsək, bu, Azərbaycan və Ermənistan arasında mümkün sülh müqaviləsinin bağlanması üçün yaxşı perspektivlər vəd edir.
Amerikalı ekspert İrina Tsukerman da öz növbəsində qeyd edib ki, bir-birinin ərazi bütövlüyünün tanınması istiqamətində atılan mühüm addım geniş miqyasda alqışlanmalı olan böyük irəliləyişdir:
"Bu, hər iki ölkənin əhalisinə mesajdır ki, ölkələr bir-birinin milli suverenliyinə ciddi yanaşır və üçtərəfli sazişin həyata keçirilməsinə və sülh quruculuğu prosesinə sadiqdirlər. Bu, həm də o deməkdir ki, liderlər bu normaların tətbiqinə görə məsuliyyət daşıyırlar və gələcəkdə hər hansı münaqişə və ya zorakılığın baş verməməsi üçün tədbirlər görəcəklər".
Onun sözlərinə görə, beləliklə, baş nazir Paşinyan iki ölkənin sərhədlərində heç bir təxribatın yolverilməz olduğunu başa düşdüyü mesajını verir:
"Onun əməllərinin sözlərindən daha yüksək olub-olmadığını hələ görəcəyik. Beynəlxalq ictimaiyyət üçün bu, Qərb ölkələrindəki erməni diasporu kimi üçüncü tərəflərin təbliğat kampaniyalarına və lobbiçilik cəhdlərinə son qoyan böyük diplomatik nailiyyət deməkdir".

Bu xəbər oxucular tərəfindən 266 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |