Şrift:
Sepah rəsmisi: “İranda Bu dəfə etirazlar əyalətlərdən gələ bilər”
16.01.2013 [10:21] - Güney Azərbaycan xəbərləri
İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) rəsmisi Nasir Şəbani yanvarın 14-də qarşıdan gələn prezident seçkisi ərəfəsində ölkədə gərginliyin artacağından narahat olduğunu bildirib.

Nasir Şəbani böhran keçirən ölkə iqtisadiyyatının yaxın aylarda bölgələrdə etiraza səbəb olacağından ehtiyatlanıb: “Hesab edirik ki, bu dəfə etirazlar Tehrandan yox, əyalətdən gələ bilər. Ölkənin ağır iqtisadi durumu və insanların çətin məişəti zəhmətkeş təbəqəni etirazlara sürükləyə bilər. Lakin bizim bu kimi halların qarşısını almağa kifayət qədər təcrübəmiz var.

Ölkəyə qarşı beynəlxalq sanksiyalar və iqtisadi idarəçilikdəki səriştəsizlik kütləvi etirazların artmasına təsir göstərə bilər və prezident seçkisi ərəfəsində bəzi qüvvələr həmin çaxnaşmalardan öz siyasi məqsədləri üçün yaralana bilər”.
Bu xəbər oxucular tərəfindən 827 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed