Şrift:
UEFA Avropa Liqası: “Qarabağ” klubu bu gün “Olimpiakos”u qəbul edəcək
13.10.2022 [08:43] - Gündəm, İdman
Ağdamın “Qarabağ” klubu bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Baş məşqçi Qurban Qurbanovun komandası G qrupunun dördüncü turunda Bakıda Yunanıstan “Olimpiakos” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq. Qarşılaşmanı Kreyq Pausonun başçılıq etdiyi ingiltərəli hakimlər briqadası idarə edəcək.

“Qarabağ” G qrupunda 6 xalla ikinci, hər üç oyunda məğlub olan Pirey təmsilçisi sıfır xalla sonuncu pillədədir. Ağdam təmsilçisi ən azı heç-heçə sayəsində qrup üçüncülüyünü və UEFA Konfrans Liqası üçün pley-offa vəsiqəni təmin edəcək.

Qrupun digər görüşündə 9 xala malik Almaniyanın “Frayburq” klubu Fransada “Nant” komandasının qonağı olacaq. İlk iki pilləni rəsmiləşdirmək üçün qonaqlara bərabərlik də kifayət edəcək.
Bu xəbər oxucular tərəfindən 665 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed