13.10.2022 [08:44] - Gündəm, Mədəniyyət
Oktyabrın 13-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının tərəfdaşlığı ilə “Qlobal Kommunikasiyalar və İnnovasiyalar” şirkəti tərəfindən “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində növbəti, 4-cü təlim kursuna start verilib.
Təlim kursunun mövzusu UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü il Konvensiyası”nı əhatə edir.
Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə heyətinin sədri, təlim proqramının rəhbəri Vasif Eyvazzadə “İrsin İdarəedilməsi Bacarıqlarının İnkişafı” təlim proqramı çərçivəsində əvvəlki üç təlim kursu haqqında qısa məlumat verib. Bildirib ki, dünya irsi ilə bağlı 3 təlim kursu artıq başa çatıb. Bu təlim kursları 1954-cü il Haqa konvensiyası, münaqişələr zamanı mədəni irsin qorunması ilə bağlı olan konvensiya, 2005-ci il mədəni müxtəlifliyin qorunması ilə bağlı və dünya irsi ilə bağlı konvensiyaları əhatə edirdi. Əsas təlimçilərin Türkiyədən olduğunu deyən Vasif Eyvazzadə bildirib ki, həmçinin təlimdə ekspertlər iştirak edir.
Vasif Eyvazzadə bugünkü təlimin qısa xülasəsini iştirakçıların diqqətinə çatdırıb: “İki gün ərzində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması konvensiyası ilə bağlı təlim olacaq. Təlimlərdə qeyri-maddi mədəni irsin nədən ibarət olduğundan, ölkələr üçün əhəmiyyətindən danışılacaq, digər konvensiyaların mətnində olan məqamlara, təlimat sənədində olan vacib məsələlərə toxunacaq, nominasiya faylların hansı formada hazırlanması, reprezentativ siyahının növləri ilə bağlı ayrıca məlumat veriləcək. Həmçinin qeydiyyat prosesinin hansı formatda aparılması burada danışılacaq ölkənin, katibliyin rolunun nədən ibarət olduğu və siyahıyaalınma prosesində beynəlxalq təcrübələr barədə söhbət aparılacaq”.
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva kursun işinə uğurlar arzulayıb. Bildirib ki, başlanan təlim kursu vacib mövzuya həsr olunub. Konvensiya məzmun və fəaliyyət baxımından Mədəniyyət Nazirliyi üçün xüsusi əhəmiyyət kəsb edir, çünki konvensiyanın əsas məqsədi UNESCO-ya üzv ölkələrdəki insanların yaradıcılığının məhsulu olan mədəniyyət nümunələri dəyərlərinin milli və beynəlxalq səviyyədə qorumasıdır. Azərbaycan 2006-cı ildə rəsmən bu konveksiyaya qoşulduğu andan UNESCO-da aktiv fəaliyyət göstərib bir sıra layihələrə dəstək olub. Azərbaycanın UNESCO-da ən uğurlu fəaliyyəti ölkəmizin 15 nominasiyasının dünya irs siyahısına daxil edilməsidir.
Bu il yeni nominasiyaların siyahıya daxil ediləcəyini bildirən nazir müavini deyib: “Biz öz fəaliyyətimizdə Türkiyə tərəfi ilə sıx əməkdaşlıq edirik. Belə təlimlər bacarıqların inkişaf etdirilməsinə, qurumlar arasında əlaqələrin yaradılmasına və mütəxəssislərin yeitşməsinə öz töhfəsini verir”.
Qeyd edək ki, təlim kursunda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən regional idarələrin və mədəniyyət müəssisələrinin, həmçinin Dövlət Turizm Agentliyinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, "ABAD" publik hüquqi şəxsin, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, "Şuşa" Şəhəri Dövlət Qoruq İdarəsinin, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Heydər Əliyev Mərkəzinin, AMEA-nın Əlyazmalar institutunun, Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının, “Arts Council Azərbaycan” təşkilatının, Bəstəkarlar İttifaqının nümayəndələri iştirak ediblər.

Bu xəbər oxucular tərəfindən 1256 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |