Şrift:
Ərdoğan Putinlə Ukrayna və Suriyanı müzakirə etməyi planlaşdırır
13.10.2022 [08:46] - Gündəm, Siyasət
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirəcək.

Görüş zamanı R.T.Ərdoğan rusiyalı həmkarı ilə Ukrayna münaqişəsindəki son vəziyyəti, sülh yolu ilə nizamlanma səylərini, taxıl dəhlizini, o cümlədən Suriyadakı vəziyyəti müzakirə etmək niyyətindədir.

Qeyd edək ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı bu gün keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 244 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed