14.10.2022 [07:23] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Müharibədə yaralanan və əlil olan qazilərimizə tibbi müəssisələrdə və apteklərdə ödənişsiz xidmət göstərilməlidir”.
Bu sözləri Ednews-a açıqlamasında Milli Məclisin deputatı, Milli Cəbhə partiyasının sədri Razi Nurullayev qazilərimizin tam ödənişsiz tibbi xidmət ilə təmin olunması barədə söz açarkən bildirib.
Onun sözlərinə görə, icbari tibbi sığorta paketinə pulsuz və ya endirimli dərman vəsaitlərin tədarükü də daxil edilməlidir.
Milli Dirçəliş Partiyasının sədri Fərəc Quliyev bu məsələyə fərqli münasibət bildirib. O qeyd edib ki, müharibədə yaralanan və ya yaralanmayan qazilərimiz dövlət tərəfindən tətbiq edilən İcbari Tibbi Sığortanın pulsuz xidmətlərindən kifayət qədər istifadə edə bilirlər.
“Bütün əlillərin pensiyaları da öz yerindədir. Qazilərimizə xeyli imkanlar yaradılıb, xüsusilə dövlət hesabına onların müayinələri aparılır, ödənişsiz dərman vasitələri ilə təmin olunur. İkinci Qarabağ müharibəsində vuruşan bacım oğlunun müalicəsi ilə bağlı bütün ödənişlər dövlət tərəfindən qarşılanır, ona hər cür köməklik göstərilir. Əlbəttə, bu məsələdən sui-istifadə etməyə çalışanlar da var. İki-üç gün cəbhədə görünən insanlar gəlib məhkəmələr qarşısında hay-küy salırlar. Bu qəbul edilməzdir. Hətta sizə deyim ki, xüsusi təyinatlarda, xüsusi xidmət göstərən hərbiçilərimizdə bir nəfər adam tapılmaz ki, öz şikayətini bildirsin. Dövlətin şəhid ailələri və qazilərlə bağlı siyasəti təmamilə təqdirəlayiqdir”.

Yunis Abdullayev/ednews.net
Bu xəbər oxucular tərəfindən 504 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |