14.10.2022 [07:32] - Gündəm, Mədəniyyət
Oktyabrın 13-də ABŞ-ın Vaşinqton şəhərində qida festivalı keçirilib. Festivalda ABŞ-da akkreditə olunmuş diplomatik nümayəndəliklər və təmsil etdikləri ölkədən bir aşpaz iştirak edib. Tədbirdə 40-a yaxın səfirlik təmsil olunub.
Aşpazların müsabiqəsində ölkəmizi Azərbaycan Milli Kulinariya Federasiyasının üzvü Mirmövsüm Dadaşov təmsil edib. Səfirliyimiz sözügedən tədbirdə Azərbaycan guşəsi ilə çıxış edib. Azərbaycan guşəsi ölkəmizin bayrağı, milli suvenirlər, xalçalarımız və milli musiqi alətlərimizlə bəzədilib, iştirakçılara milli təamlarımız, o cümlədən şərbətlərimiz və milli şirniyyatlarımız təqdim edilib.
Eyni zamanda, hər səfirliyə tədbirin mədəni hissəsində iştirak imkanı verilib. Bu hissədə 8 ölkə təmsil olunub. Ölkəmizi ABŞ-da fəaliyyət göstərən “Silk Road” rəqs qrupu təmsil edib və “Arşın mal alan”, “Üzüm” və “Yüz biri” rəqs nömrələri ilə çıxış ediblər.
Tədbirdə 1000-dən artıq iştirakçı qeydə alınıb.

Bu xəbər oxucular tərəfindən 1378 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |