Şrift:
Süleyman Soylu: Həyatını itirənlərin sayı 22 nəfərdir
15.10.2022 [06:38] - Gündəm, Hadisə
Türkiyənin Bartın vilayətində yerləşən mədəndəki partlayış nəticəsində həyatını itirənlərin sayı 22 nəfərə çatıb.

Bu barədə fövqəladə vəziyyət rayonunda olan daxili işlər naziri Süleyman Soylu məlumat verib.

Oktyabrın 15-də Türkiyə vaxtı ilə saat 00:10-a olan məlumata görə, mədəndən çıxarılan işçilərdən 8-i ağır olmaqla 17-si xəstəxanalardadır. Altı nəfər ambulans təyyarələrlə Ankara və İstanbul xəstəxanalarına aparılıb.

Ən son məlumata görə partlayış baş verəndə mədəndə 110 işçi olub. Onlardan 49-u riskli bölgələrdə yerləşib.

Axtarış-xilasetmə işləri davam edir.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 2799 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed