Şrift:
Fərəc Quliyev: “Düşünürlər ki, Rusiyanı birdən-birə total hücumla məhv etmək doğru olmaz”
15.10.2022 [07:55] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Avropa Şurası Parlament Assambleyası Rusiyanın “terror rejimi” adlandırıldığı “Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzünün daha da genişlənməsi” adlı qətnaməni təsdiqləyib.

Bu barədə Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri məlumat verir.


Qətnamənin digər bəndləri arasında raket hücumlarından qorunmaq üçün Ukraynaya hava hücumundan müdafiə sistemlərinin verilməsi, habelə Rusiyanı BMT Təhlükəsizlik Şurasından çıxarmaq və müharibə zamanı törədilən mümkün cinayətləri araşdırmaq üçün beynəlxalq tribunal yaratmaq çağırışı var. Videobağlantı vasitəsilə sessiyada çıxış edən Ukrayna prezidenti Vladimir Zelenskiyə dəstək tələb olunub.

Qeyd edək ki, mart ayında Rusiya Avropa Şurasından çıxarıldığı üçün Rusiya nümayəndə heyəti sessiyada iştirak etmir.

AŞPA-nın siyasi məsələlərlə bağlı qətnamələri təşkilata üzv ölkələr üçün məcburi deyil. Ukrayna dünya ölkələrini Rusiyanı terrorçu dövlət kimi tanımağa çağırır. ABŞ administrasiyası Rusiyanın terrorizmin sponsoru kimi tanınmasına dəstək verməyə hazır olmadığını bildirib. Çünki Ağ Ev hesab edir ki, tanınma Rusiya ilə kritik sahələrdə əməkdaşlıq imkanlarını tamamilə dayandıracaq. Bir gün əvvəl Fransa prezidenti Emmanuel Makron da buna qarşı çıxıb.

Anti-Rusiya koalisiyasında olan bu fikir ayrılığı nə ilə bağlıdır?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı -Xəbər”ə açıqlamasında bildirdi, əslində Rusiyanı öz adı ilə çağırıblar: “Beynəlxalq təşkilatların qəbul etdiyi qərarlarla bağlı belə qeyri-müəyyənliklər həmişə olub. “Azvronest”də müzakirələr keçiriləndə mən həmişə məsələ qaldırırdım ki, Ermənistan qoltuqaltı dövlətdi və Rusiya onu həmin təsisatda agent kimi saxlayır. Bu yolla Şərq Tərəfdaşlığına mane olurdu. Tələb edirdim ki, Rusiyanın adını Gürcüstanın, Moldovanın, Azərbaycanın ərazilərini işğal etməkdə hallandırmaq lazımdır. Onda da bu təşkilatlarda olan böyük dövlətlər fərqli davranırdılar. Bəzən ümumbəşəri ideyalar altında bu dövlətlər özlərinin iqtisadi, təhlükəsizlik maraqlarını təmin etməyə çalışırlar. Öz dövlətlərinin maraqları daha öndədirsə, digər ölkələrin maraqlarını arxaya atırdılar. Kiçik bir maraq, böyük pafosla demokratiya ilə bağlı dedikləri bəşəri dəyərlərdən önə keçir. Burada təəccüblü nəsə yoxdur. Prinsipcə, bütün ölkələr Rusiyaya qarşı olan kurslarını davam etdirəcək. Rusiya ilə heç bir yaxın əməkdaşlıq nəzərdə tutulmur. Sadəcə, düşünürlər ki, Rusiyanı birdən-birə total hücumla məhv etmək doğru olmaz. Qoymurdular ki, müharibə Ukraynanın ərazisindən Rusiyaya keçsin. Belə olanda Rusiya öz vətəndaşlarını saxta vətənpərvərlik altında birləşdirib, Avropaya hücum etdirə bilərdi. Ukrayna sərhədləri daxilində döyüşməklə 100 minlərlə rus vıtəndaşının fərarilik etməsinə nail oldular. Bu yanaşmanın özündə də belə düşünürlər ki, Rusiyaya son zərbəni vursalar onlar toparlana bilər. İstəklərinə yavaş-yavaş nail olmağı hədəfləyirlər. Əməkdaşlıq deyəndə iki amil nəzərdən keçirilir. Yumşaq güclə sərt olanı modifikasiya edib, maraqlarını təmin etmək yolunu seçirlər”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 669 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed